SEMENTLƏMƏK

f.
1. Sement məhlulu tökmək, sementlə malalamaq, üzərinə sement çəkmək, sementlə örtmək. Divarı sementləmək. Səkini sementləmək.
2. tex. Sementlə bərkitmək, aralarını sementlə doldurub möhkəmləndirmək.
[Xanmurad:] Sementlədiyimiz bəndi su yuyub aparıb. İ.Əfəndiyev.
Çox keçmədi ki, Kamil borunu basdırıb sementlədi. M.Süleymanov.

// məc. Möhkəmlətmək, bərkitmək.
[Kələntər:] Mənə də Kələntər deyərlər, dövrəmi elə sementləmişəm ki, heç yeri qaza bilməzlər. M.İbrahimov.

SEMENTLƏMƏ
SEMENTLƏNMƏ

Digər lüğətlərdə