SEVDALI

sif. Sevdaya düşmüş, məftun olmuş; məftun, vurğun, aşiq.
Çəmən döşəyidir sevdalı yarın; Ona layla deyir səhər küləyi. S.Vurğun.
Ətirlənir güllərin; Sevdalı bülbüllərin; Ötüşür can bağımda. M.Müşfiq.
[Rza:] Gülər üzləri çoxdan kədər, aydın baxışları duman, sevdalı könülləri nifrət bürümüşdü. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEVDALI sevdalı bax vurğun
  • SEVDALI həvəsli — şövqlü — meylli
  • SEVDALI sevgili — məhəbbətli — eşqli
SEVDA
SEVDİCİK

Digər lüğətlərdə