Situasiya

1. Konkret deyim həyata keçirilən zaman nitq konteksti, daha doğrusu, şərait (məqsəd və s.). 2. Maddi və yaxud ideal obyektlər və onlar arasındakı münasibətlər. 3. Deyimlə təsvir olunmuş konkret, yaxud mücərrəd gerçəklik. 4. Nitq hərəkəti məqamında, yaxud deyimdə təsvir olunmuş və mövcud olan real gerçəklikdəki komponentlərin cəmi. Nitq və predmet situasiyaları fərqləndirilir. 5. Deyimlə təsvir olunan konkret, yaxud mücərrəd gerçəklik: o, özündə məqsəd, deyimin məzmunu, ünsiyyət şəraitini, nitq şəraitini, veriləcək informasiyanın kəmiyyətini (həcmini) və digər bu deyimdə (nitq ünsiyyəti) həyata keçirilən şəraiti nəzərdə tutur. 6. Ayrıca nitq kommunikasiyası aktının gedişi zamanı dərk olunan, fikirləşilən və dəyişilən gerçəkliyin fraqmenti. 7. Nitq konteksti, daha doğrusu, bu deyimin həyata keçirildiyi şərait (vəziyyət, məqsəd və s.). 8. Gün, il, illərin hesablanmasının daxili və xarici şəraitini xarakterizə edən gerçəkliyin bir hissəsi (real, yaxud xəyalda tutulan). Nitq aktı nöqteyi-nəzərdən situasiya amilləri onlara deyilir ki, onlar səs, yaxud xışıltı yaradanlardan fərqli olaraq məlumatın verilməsinə kömək edir.
Sistematika (sistemlilik)
Situasiya əlaqələri

Digər lüğətlərdə