Still xəstəliyi
Still xəstəliyi (ing. Still´s dis.) – 16 yaşaqədər (2–5 yaş) uşaqlarda yaranan xroniki artrit (oynaq sayı və ağırlığı müxtəlif), cins fərqi yoxdur, qızdırma (ən azı 2 həftə ərzində 3 ardıcıl gündə sənədləşdirilməsi), daxili üzvlərin (limfadenopatiya, hepatomeqaliya və ya splenomeqaliya, serozit) zədələnməsi, tez keçib gedən səpgi ilə xarakterizə olunur. EÇS normal olması xəstəliyi inkar edir. Anemiya, leykositoz, trombositoz, ferritin, CRP artır, ANA və RF neqativ olur.