su obyektlərinin monitorinqi

Onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, su təchizatı və su mühafizəsi sistemlərinin təkmilləşdirilməsi məqsədi ilə su obyektlərinin hidroloji, hidrogeoloji, hidrobioloji və hidrokimyəvi göstəricilərinə müntəzəm müşahidə və nəzarət sistemindən ibarətdir

su obyektlərinin çirklənməsi
su obyektlərinin mühafizəsi
OBASTAN VİKİ
Səhralaşmış ekosistemlərin monitorinqi
Səhralaşmış ekosistemlərin monitorinqi — Monitorinqin bir növüdür == Ümumi məlumat == Səhralaşmaуa məruz qalmış ekosistemlərin vəziyyətinin monitorinqinin qarşılıqlı əlaqədə olan üç istiqaməti var I) ictimai-iqtisadi. 2) sanitar-gigiyena. 3) ekoloji Burda hadisələrin hərtərəfli əhəmiyyəti, bu cür ekosistemlərin ekoloji vəziyyətinə nəzarətin prinsip və metodlarının müxtəlifliyi əks olunur və o monitorinq zamanı alınmış məlumatların əsas fərqlərini göstərir. Monitorinqin bu növünün həyata keçirilməsində işin əsas mahiyyəti kompleksliliyin tələb edilməsidir. Səhralaşma zamanı təbii sistemlərin dinamikasının başa düşülməsi səhralaşmanın bütün amilləri, şəraiti və nəticələrinə nəzarət edilmədən mümkün deyil. Qarşılıqlı əlaqədə olan şaxələnmiş struktura malik bu mürəkkəb dinamik sistemin komponentlərindən hər hansı birinə təsir bütövlükdə bütün sistemin dəyişməsinə səbəb ola bilər. Torpaq—arid sistemlərdə maddə və enerji daşınmasının əsas tənzimləyicisidir qoruqlarin ekoloji monitorinqinin təşkil edilməsi nəinki torpağın özünü deqradasiyaya aparan proseslərə, hətta landşaftın digər komponentlərinin vəziyyətini tənzimləyən və onun deqradasiyası haqqında məlumat verə bilən torpaq xassələri, prosesləri və rejimlərinə sistematik nəzarət edilməsini tələb edir. Səhralaşmanın bütün göstəriciləri üzərində monitorinqin təşkil edilməsi lazımdır: iqlim; torpaq; bitki; hidroloji; geomorfoloji.Səhralaşmanın indikatorlarının seçilməsi bu tələblərə uyğundur. Səhralaşmanın monitorinqi zamanı tez-tez səhralaşmanın xarakteri, sürəti (tempi), dərəcəsi və dərinliyi kimi anlayışlardan istifadə edilir. “Səhralaşmanın xarakteri" termini səhralaşmanın əsas səbəblərini və onların səhralaşma prosesinə səbəb olmasını göstərmək üçün işlədilir ki, bu da səhralaşmanın tiplərini ayırmaq üçün əsasdır.
Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsinin monitorinqi — “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir). == Torpaq monitorinq == Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır. Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”. Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir. == Torpaq çirklenməsi == Torpağı çirkləndieən yalnız gübrələr deyil.
Ətraf mühitin monitorinqi
Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir. == Ekosistemdə monitorinq == Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır. Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır: Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. == Monitorinqin növləri == Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Maliyyə Monitorinqi Xidməti (Azərbaycan)
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (ƏL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır. == Tarix == 30 dekabr 2022-ci il tarixində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 767-IIIQ saylı Qanunun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi yaradılmış və Maliyyə Monitorinqi Xidməti struktur vahidi olaraq onun tabeliyində fəaliyyət göstərmişdir. 25 may 2018-cı il tarixli 95 nömrəli Fərmana uyğun olaraq, Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasından ayrılaraq fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirir. 24 fevral 2020-ci ildə 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə Maliyyə Monitorinqi Xidməti fəaliyyət müstəqilliyi təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayıb. == Məqsəd == Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinə əsasən müəyən edilmiş məqsədlərə xidmət edir: Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, vahid tənzimləməni həyata keçirmək, siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək; Monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək; Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək vermək. == MMX-nin idarə olunması == MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu
Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olan su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutudur. Əsas binası Bakı şəhərində yerləşir. == Tarixi və fəaliyyəti == === 1930–1950-ci illər === 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı. Xudat massivində topoqrafiya işləri görüldü. Bununla yanaşı Salyan düzündə suvarma sisteminin sxematik layihəsi və kollektor suyığıcı sisteminin texniki iqtisadi layihəsi, Kür çayı sahillərindən daşqınlara qarşı mübarizə bəndlərinin layihələri, Araz çayının su qəbul etməklə Mil düzünə və Qarabağın düzən hissələrini suvarılması üçün tədbirlər həyata keçirildi. Bu dövrlərdə Azərbaycanda torpaqların şoranlaşması xəritəsidə tərtib olundu və bataqlıqların qurudulmasında hidromexanizasiya üsulundan istifadəyə başlandı.
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (ƏL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır. == Tarix == 30 dekabr 2022-ci il tarixində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 767-IIIQ saylı Qanunun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi yaradılmış və Maliyyə Monitorinqi Xidməti struktur vahidi olaraq onun tabeliyində fəaliyyət göstərmişdir. 25 may 2018-cı il tarixli 95 nömrəli Fərmana uyğun olaraq, Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasından ayrılaraq fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirir. 24 fevral 2020-ci ildə 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə Maliyyə Monitorinqi Xidməti fəaliyyət müstəqilliyi təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayıb. == Məqsəd == Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinə əsasən müəyən edilmiş məqsədlərə xidmət edir: Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, vahid tənzimləməni həyata keçirmək, siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək; Monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək; Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək vermək. == MMX-nin idarə olunması == MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Aqressiv su
Aqressiv su — metal, beton, və s.-nin dağılmasına səbəb olan tərkibində kimyəvi maddələr saxlayan su. == Tərkibi == Tərkibində xlorid turşusu,sulfat turşusu və ammonyak duzları saxlayan su xüsusilə aqressivdir. == Mənbə == Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Ağır su
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü. Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir. Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur. == Tətbiqi == Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır.
Basdırılmış su
Basdırılmış su - keçmiş geoloji dövrlərdə yer səthindən süxurlara süzülmüş, sonradan ərazinin en­məsi və yeni çökmə süxur təbəqələrilə ör­tül­məsi nəticəsində bu sularla birlikdə gömül­müş yeraltı qazıntı su. Basdırılmış su qədim infiltrasion (və yaxud inflüasion) yolla əmələ gələn su­lardır. Bəzi təd­qiqatçılar bu termini "qazıntı su" terminilə eyniləşdirirlər. Lakin qazıntı sulara sedi­mentasion sular da aid olduğundan, onları eyniləşdirmək səhvdir. == Həmçinin bax == Süxurlar Yer səthi Çökmə süxurlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Borjomi (su)
Borjomi (gürc. ბორჯომი) — Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi. Vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur. Borjomi bulaqları 1820-ci illərdə Rusiya imperiyası ordusu tərəfindən aşkar edilmişdir. Bulaqlar Rusiya imperiyası boyunca məşhur olmuşlar və Borjomini məşhur turist məkanına çevirmişlər. Brendin tarixi Romanov imperial sülaləsi ilə yaxından əlaqələndirilir. 1890-cı illərdə Borjomi Mixail Nikolayeviç Romanovun Gürcüstan ərazilərində istehsal edilib. 1917-ci ildə Rusiya inqilabından və Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra Borjomi müəssisəsi milliləşdirildi və su Sovet İttifaqının ən böyük eksportuna çevrildi. Borjomi 40-dan çox ölkəyə ixrac olunur.
Dalğa (su)
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Evtrof su
Evtrof su — qida maddələri ilə zəngin olan su. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hiqroskopik su
SU-25
Suxoy Su-25 (rus. Су-25) (NATO kod adı: Frogfoot) — SSRİ tərəfindən istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsi. Bu təyyarə Sovet Quru Qoşunlarını yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunmuşdur. İlk prototipin uçuş testləri 22 fevral 1975-ci ildə həyata keçirilmişdir. Sınaqları uğurla tamamladıqdan sonra 1978-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı olan Tiflis şəhərində seriyalı istehsalına başlanılmışdır. Bu döyüş təyyarəsinin ilkin variantlarına iki oturacaqlı təlim-döyüş təyyarəsi olan Su-25UB, Su-25BM, həmçinin xarici ölkələrə ixrac üçün nəzərdə tutulmuş Su-25K daxildir. 2012-ci ildə bəzi təyyarələr Su-25SM səviyyəsində modernizasiya olunmuşdur. Su-25T və Su-25TM (digər adı ilə Su-39) növbəti modernizasiya variantları hesab olunsa da, bu variantlar geniş istehsal olunmamışdır. Su-25 və Su-34 qırıcıları 2007-ci ildə istehsal olunan yeganə zirehli, sabit qanadlı döyüş təyyarələri idi. Su-25-lərin əksər hissəsi hazırda Rusiya və digər MDB dövlətləri tərəfindən istismar olunur.
SU-57
Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21, NATO kod adı Felon) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib. “T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər.
Su-17
Sukhoi Su-17 (NATO kod adı: Fitter) Sovet hücum təyyarəsi Su-7 qırıcı-bombardman təyyarəsinə əsasən yaradılıb və onun modern versiyası olaraq istehsal edilib. Uzun müddət Sovet, daha sonra Rusiya ordusunda xidmətdə olub və xeyli sayda Şərq bloku və Yaxın Şərq ölkələrinə ixrac edilib.
Su-24
Suxoy Su-24 (NATO kod adı: Fencer) — 1970 və 1980-ci illərdə Sovetlər Birliyinin hər cür hava şəraitində istifadə edilə bilən ən inkişaf etmiş havadan hücum təyyarəsi. İki kreslolu, iki motorlu təyyarə Rusiyanın ilk inteqrasiya edilmiş rəqəmsal naviqasiya/hücum sistemi ilə təchiz edilmiş təyyarəsidir. Su-24-ün konfiqurasiyasında F-111 ilə oxşarlıqlar var. Keçmiş Sovet respublikaları hava qüvvələri və eləcə də başqa bir neçə ölkədə hazırda istifadə edilir. == Hazırlanması == 1961-ci ildə Suxoy Su-7b nin xidmətə daxil olma səbəbi Suxoyun hər bir hava şəraitində nöqtə hava hücumlarını dəstəkləyəcək bir model inkişaf etdirmək ehtiyacından yaranmışdı. S-28 və S-32 üzərində aparılan ilkin araşdırmalar Suxoy Su-7 dizaynının bu vəzifə üçün lazımlı bütün avionik sistemləri daşımaq üçün çox aşağı olduğunu ortaya qoydu. OKB-794 konstruktor bürosuna yeni təyyarənin əsasını təşkil edən Puma kod adlı inkişaf etmiş bir naviqasiya/hücum sistemi yaratmaq tapşırıldı. 1962 və 1963-cü ildə Suxoy 2 ədəd Tumansky R-21 F-300 turboreaktiv mühərrikiylə təchiz edilmiş, 2 pilotlu bir S-6 prototipini istehsal etdi. Prototip araşdırıldı ancaq Puma avadanlığının inkişaf etdirilməsi istiqamətində əskikliklərdən ötəri hər hansı bir sifariş verilmədi. 1964-ci ildə Suxoy S-58 M üzərində işə başladı.
Su-27
Su-27 (rus. Су-27) (NATO kod adı: Flanker – Flanqa zərbə) — SSRİ/Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarə. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılmışdır. Müxtəlif modifikasiyalar şəklində Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri, Hindistan, Çin və digər ölkələrin hərbi hava qüvvələrinin istismarındadır. Çində lisenziya əsasında "Shenyang J-11" adı ilə istehsal edilir. Ağır qırıcı təyyarələrə aid edilir. Əsas rəqibi və oxşarı ABŞ istehsalı olan F-15 hesab edilir. MiQ-29 ilə birlikdə cütlük yaradaraq ABŞ-nin F-15 və F-16 hərbi təyyarə cütlüyünə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Yüksək manevrliliyi yüngül qırıcılarla mübarizə aparmağa, çoxməqsədli qırıcı kimi istifadə edilməsinə imkan verir. Təyyarədaşıyıcılar üçün olan variantı Su-33 adlanır.
Su-30
Sukhoi Su-30 (rus. Сухой Су-30; NATO kod adı: Flanker-C) — 2 mühərrikli, iki yerlik supermanevrli qırıcı təyyarə. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. S-30 proyekti Sukhoi kompaniyasının öz daxilində Su-27-ni yeniləmək planının nəticəsidir. Yaranan yeni təyyarəyə Su-30 adı rəsmi olaraq 1996-cı ildə Müdafiə Nazirliyi tərəfindən təyin olundu. Flanker (Su-27) ailəsinə aid olan təyyarələrdən yalnız Su-27, Su-30, Su-34 və Su-35 təyyarələrinin Müdafiə Nazirliyi tərəfindən seriyalı istehsalına sifariş verilmişdir. Digər təyyarələr yalnız, məsələn Su-37 prototip mərhələsini keçməyiblər. Adlandırmada fərq olsa Su-30 digər "Flankerlər" kimi öz baza təyyarələrinə — Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər, yəni oxşardırlar. Su-30 iki rəqib kompaniya tərəfindən müxtəlif brendlərdə istehsal edilir, lakin hər iki kompaniya – KnAAPO və Irkut, Suhkoi şirkətinə aiddir. KnAAPO Çin, İndoneziya, Uqanda, Venesuela və Vyetnama satılan Su-30MKK, Su-30MK2 versiyalarını istehsal edir.
Su-33
Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir. İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Su-34
Suxoy Su-34 (NATO kod adı: Super Flanker) — döyüş təyyarələri taktiki bombardman üçün müasirləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyası. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Su -34 döyüş təyyarələri Sibir bölgəsində fəaliyyət göstərən Suxoy Holding-ə aid Novosibirsk şirkəti tərəfindən istehsal edilir. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb. Rusiyanın əlində 2015-ci il məlumatına görə 80-dan çox Su-34 var. Onlardan 15-i Suriyadadır. Su-34 havadan atılan “AA-12” raketləri təchiz edilib. 2014-cü ilin ilin mart ayında alınan 4++ nəsil təyyarələr köhnə Suxoy Su-24 Fencer-in yerini alacaq. == İnkişaf etdirilmə Prosesi == Yaşanan bəzi qeyri-müəyyənliklər layihəsinin başlamasını geciktirdi.
Su-35
Suxoy Su-35 (rus. Сухой Су-35, NATO kod adı: Flanker-E) — Su-27 qırıcısının iki dəfə təkmilləşdirilmiş törəmə forması. Bir oturacağı və supermanevretmə qabiliyyəti var. Suxoy Dizayn Bürosu tərəfindən dizayn olunmuşdur. Komsomolsk-on-Amur Təyyarə Zavodunda istehsal olunmuşdur. İlk variant 1980-ci illərdə Su-27-də bir inkişaf kimi tərtib edilmiş və Su-27M kimi tanınmışdır. Bu törəmə, daha böyük ağırlığın öhdəsindən gəlmək üçün struktur gücləndirməsini və çox funksiyalı radarı əhatə edir. İlk prototip 1988-ci ilin iyun ayında ilk uçuşunu etdi. Sovet İttifaqının dağılması səbəbindən təyyarə kütləvi şəkildə istehsal olunmadığı üçün, Suxoy təyyarəsi ixrac sifarişlərini cəlb etmək üçün Su-35 olaraq yenidən təyin edildi. İstehsal edilən on dörd təyyarə sınaq və nümayiş üçün istifadə edildi.
Su (dəqiqləşdirmə)
Su — maye Su tayfası — Su (film, 2003) — film. .su — Keçmiş Sovetlər İttifaqının İnternet kodu.