SUVAŞMAQ

f. Yapışmaq (suvaşqan şey haqqında).
Yastı-yapalaq evlər, odu sönməyən ocaqlar, palçığı yapışqan ayağa suvaşan torpaq [insana] yüz qat əziz görünür. M.İbrahimov.
[Adil:] O qədər yaxşı bişməmiş çörək xəmir kimi adamın əlinə, dişlərinə suvaşırdı. B.Bayramov.

// Məc. mənada.
Oğlan uşağı atasına suvaşıb qışqırıq qopardı. M.İbrahimov.
[Həbibə:] Saqqız kimi suvaşan sən idin, mən? Mir Cəlal.

SUVAŞMA
SUVAT

Digər lüğətlərdə