SÜZGÜN

sif. Yarıaçıq, yarıyumulu.
// Nazqəmzəli, nazlı, qəmzəli göz, baxış haqqında.
Sallanıb-sallanıb özünü öymə; Elə süzgün (z.) baxıb qəlbimə dəymə. Aşıq Ələsgər.
[Xəyyam:] Sərpildi alov ruhuma süzgün baxışından; Sarsıldı bütün mənliyim, ey afəti-dövran. H.Cavid.
[Əhməd:] Mən bunu onun baxışında, qara gözlərinin süzgün baxışında gördüm. T.Ş.Simurq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜZGÜN rəvan — səlis — sərbəst — axar — yüngül — hamar — rahat
  • SÜZGÜN mehriban — riqqətli — şəfqətli — məlahətli — lətif — sevimli
SÜZGƏC
SÜZMƏ₂

Digər lüğətlərdə