Sırtmışan dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3102,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunda zirvə. Ağdərə kəndindən 2,5 km şimal-şərqdə, Qaranquş dağından 500 m-dək cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı Qaranquş subvulkanik intruziyanın əmələ gətirdiyi sıldırım yamaclı piramida formalı yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.
Sırtmışan dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3102,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
BİBQƏTƏL – Ordubad rayonu ərazisində Sırtmışan dağının (hünd. 3102,0 m) yerli əhali arasında işlədilən başqa adı. [1]