TÜLLAB

is. [ ər. “tələbə” söz. cəmi]
1. köhn. Ruhani məktəbində oxuyan tələbələr.
Şeyx Əbu Səid gecələr əvvəli-təbdə tüllaba dərs verərdi. M.F.Axundzadə.
Məsələ məscid hücrələrində yaşayan tüllab arasında da atəşli münaqişə və mübahisəyə səbəb oldu. Çəmənzəminli.

2. məc. Yüngül, dəmdəməki, lotu-bambılı adam haqqında. Tüllabın biridir.
TÜLKÜSİFƏTLİ
TÜLLABLIQ

Digər lüğətlərdə