TƏFSİLAT

is. [ ər. “təfsil” söz. cəmi]
1. Bir işin, hadisənin və s.-nin ən kiçik, ən cüzi təfərrüatı. Məsələnin təfsilatı.
[Fərman] … qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırdı. Ə.Sadıq.
Verdiyev [Gəldiyevi] yaxşı başa düşür, söhbətinin təfsilatını da bilirdi. Mir Cəlal.

2. Təfsilatla şəklində zərf – müfəssəl surətdə, təfsilən.
Mürsəl kişi olub-keçənləri təfsilatla yazmışdı. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏFSİLAT təfərrüat — müfəssəllik

Etimologiya

  • TƏFSİLAT Ərəbcə müfəssəl, fəsil sözləri ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏFSİL
TƏFSİLƏN

Digər lüğətlərdə