TƏHƏR

[ ər. tövr-dən]
1. is. Cür, üsul, qayda, yol. Nə təhər adamdır? Bu təhər hərəkət etmək olmaz.
[At] dilə gəlib dedi: – Padşah bir uzun örkən, bir də poladdan bir bıçaq qayıtdırsın, sonra mən sənə təhərini deyərəm. (Nağıl).

□ Təhərini bilmək – qaydasını, yolunu bilmək, necə hərəkət edəcəyini bilmək.
…Tacirlərə yanaşmağın təhərini bilmək lazımdır. M.S.Ordubadi.
[Hümmət Qarakişiyə:] [Yusif] elə ki işləmədi, onda təhərini bilirəm. B.Bayramov.

Bu təhər – bu qayda ilə, bu yolla, bu cür, beləliklə.
Bu təhər Şaqqulu sabahı gün qızı görüb aşıqladı və səbirsiz toyu gözləyirdi. Çəmənzəminli.

2. qoş. Kimi, bənzər, oxşar. Atası təhəri hündürboydur.
– Qoca usta yerindəcə doğrulub Paşanı qucaqlayanda Nisa təhəri ağlamadı. M.Hüseyn.

3. bax təhər-töhür.
4. is. dan. İmkan, həvəs, arzu. Onlara getməyə təhərim yoxdur.
– Varsa qaçaqların əgər təhəri; Kəssinlər hər yandan əyri yolları. H.K.Sanılı.

◊ Təhər çəkmək – yoluna qoymaq, həll etmək, tədbir görmək, çarə çəkmək, əncam çəkmək. [Sərvər:] …Sən atana deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur.
Mən bu işə təhər çəkmişəm. Ü.Hacıbəyov.
[Safo:] Alo əmi, Allah bu işlərə təhər çəkməyəcəkdir. S.Rəhimov.

Təhərdən çıxarmaq – xarab etmək, korlamaq.
[Münəvvər xanım Rzaqulu xana:] Cəmi təqsirlər səndədir ki, ayda yüz tümən pul verib, uşaqları təhərdən çıxarırsan. M.S.Ordubadi.

Təhərdən çıxmaq – adi, təbii görkəmini itirmək, pis şəklə düşmək, xarab olmaq.
Minlərcə biletsiz sərnişinlərin şinellərində gətirdiyi tozdan və çəkmələrindəki palçıqdan pilləkənlər, göyərtələr təhərdən və şəkildən çıxmışdı. Ə.Əbülhəsən.

Təhərə düşmək – normal şəklə düşmək, adi, təbii halını almaq, qaydaya düşmək.
Təhərə salmaq – normal şəklə salmaq, adi, təbii halına salmaq, qaydaya salmaq.
Təhərim yoxdur – istəmirəm.
Qonaqların yanında qızarmağa təhərim yoxdur. Mir Cəlal.

Təhərini pozmadan – təbii halını pozmadan, etidalını pozmadan, həmişə olduğu kimi, həmişəki kimi.
Ataş təhərini pozmadan cavab verdi. Ə.Vəliyev.
Aslan təhərini pozmadan gülümsündü. S.Vəliyev.

Bir təhər olmaq – bax bir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏHƏR tərz — üsul — qayda — yol
  • TƏHƏR təhər bax üsul

Omonimlər

  • TƏHƏR TƏHƏR I is. [ fars. ] Üsul, yol, qayda, cür. Məsələni bu təhər həll etmək lazımdır. TƏHƏR II is. [ fars
TƏHƏMMÜL
...TƏHƏR

Digər lüğətlərdə