Mərhəmət etmə, yazığı gəlmə, halına acıma.
Rəhm, mərhəmət sözləri ilə flektivlik baxımından eyniköklüdür.
Heç çıxmadım nazlı yarın köşkünə,
Bulanmadım ənbərinə, müşkünə,
Tərəhhüm eylə sən qərib miskinə,
Mətləbimdi, Pəri üçün gəlmişəm.
(“Qurbani”)
*
Sənə qurban olsun Samı beçara,
Tərəhhüm etginən məntək naçara.
Olginən təbibim, qılgınan çara,
Çək sinəm dağına xəz, qayıt indi.
(“Sam şahzadə”)
*
Alı aşıq olmuş bir əhli dilə,
Təbibi mövladı, dərdini bilə,
Bir tərəhhüm eylə sərdə aqilə,
Çünki sərdən getdi divana qaldı.
(“Aşıq Alı və Əsmər xanım”)