TAMAHI QILINCINDAN İTİ OLMAQ
TAMAHINA YİYƏLİK ETMƏK
OBASTAN VİKİ
Əmlaka sahib olmaq hüququ
Aşiq olmaq
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Sahib
Sahib — Kişi adı. Sahib Alıyev (dəqiqləşdirmə) Sahib Alıyev (siyasətçi) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Sahib Alıyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Sahib Əhmədov Sahib Əhmədov (zooloq) — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq. Sahib Əhmədov (şəhid) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Aralıq sahib
Aralıq sahib - parazitin sürfə mərhələsi inkişaf edən sahib orqanizmlər - heyvanlar. Parazitin növündən asılı olaraq onun inkişafında bir və ya bir neçə aralıq sahib iştirak edir. Məsələn, malyariya plazmodisinin inkişafında bir aralıq sahib (insan), sorucu qurdların əksəriyyətində isə iki aralıq sahib iştirak edir. Aralıq sahib iki olduqda sürfənin birinci növbədə parazitlik etdiyi sahib birinci aralıq sahib, ikinci növbədə parazitlik etdiyi sahib isə ikinci aralıq sahib adlanır. Məsələn, sorucu qurdların birinci aralıq sahibi həmişə molyusklar, ikinci aralıq sahibi isə müxtəlif onurğasız heyvanlar (həşərat sürfələri), yaxud balıqlar, suda-quruda yaşayanlar və s. olur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Sahib (İran)
Sahib — İranın Kürdüstan ostanının Saqqız şəhristanının Ziviyə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,489 nəfər və 344 ailədən ibarət idi.
Sahib Abdullayev
Abdullayev Sahib Əhməd oğlu (15 oktyabr 1952, Şahvəlli, Cəbrayıl rayonu – 13 aprel 2017) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” fəxri media mükafatı laureatı. == Həyatı == 1952-ci ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirmişdir. Tələbəlik illərindən ədəbi-publisistik yazıları, ədəbi-fəlsəfi esseləri və şeirləri müntəzəm çap olunur. Əsərləri ondan çox almanaxda işıq üzü görmüşdür. == Yaradıcılığı == “At murad deyilmiş” ədəbi-fəlsəfi esselər, publisistik düşüncələr, portret oçerklər, povest və hekayələr ("Azərbaycan" nəşriyyatı, Bakı-2002; 280 səh.) “Taleyim dönüb Tanrıma” nəsr nümunələri, poemalar və şeirlər ("Nurlan" nəşriyyatı, Bakı-2007; 512 səh.), “Dəfn olunmuş tütək” roman ("Adiloğlu" nəşriyyatı, Bakı-2010; 360 səh.), "Kəndim mənim - Pirim mənim" poema ("MBM" mətbəəsi, Bakı-2011; 88 səh.), "Çarmıxa çəkilmiş ruhların harayı" poema ("Təknur" nəşriyyatı, Bakı-2013; 224 səh.), "Yozulmayan yuxular" roman ("Elm və təhsil" nəşriyyatı, Bakı-2015; 552 səh.) kitablarının müəllifidir. “Xudafərin” (2000-2009) qəzetinin baş redaktoru olmuş, hazırda “Katarsis dünyası” (2009) qəzetinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl Qələm” fəxri media mükafatı laureatıdır. “Dirili Qurbani” ədəbi məclisinin yaradıcılarından biridir.
Sahib Alıyev
Sahib Eyvaz oğlu Alıyev (24 avqust 1964, Aşağı Şorca, Basarkeçər rayonu) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. == Həyatı == Sahib Alıyev 24 avqust 1964-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. Qonşu Daşkənd kənd orta məktəbini bitirib. 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişdir. "Lider" televiziyasının siyasi icmalçısı olub. == Siyasi fəaliyyəti == Sahib Alıyev 1992-ci il prezident seçkilərində prezidentliyə namizədlər arasında keçirilmiş debat verilişinə aparıcılıq etmişdir. 2010-cu, 2015-ci və 2020-ci illərdə 95 saylı Tərtər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı seçilib. Sahib Alıyev Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvüdür.
Sahib Ağayev
Mir Sahib Ağazadə (Ağayev Sahib Qabil oğlu;23 fevral 1980, Bakı) — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Mir Sahib Ağazadə 1980-ci ildə Bakıda anadan olmuşdur. Bakı İslam Universitetini (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini (2001-2004) bitirmişdir. 2000-2003-cü illərdə “Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışmışdır. Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən kurs rəhbəri Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor, rejissor köməkçisi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2019-cu ilə qədər “Yuğ” Dövlət Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir neçə bədii film və serialda aktyor kimi rol alıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub.
Sahib Heydərov
Sahib Zülah Oğlu Heydərov (8 mart 1972, Qazaxıstan – 22 noyabr 1993, Füzuli) — Azərbaycanlı şəhid. == Həyatı == Sahib Heydərov 1972-ci il mart ayının 8-də Qazaxıstan vilayətinin Saxan qəsəbəsində anadan olmuşdur.Sahibin ailəsi 1980-ci ildə Gəncəyə köçmüşdü. == Təhsil == Sahib orta təhsilini 19 saylı orta məktəbdə aldıqdan sonra 1987-ci ildə Gəncə şəhər Maşınqayırma Texnikumuna daxil olmuşdur. == Hərbi xidməti == Xocalı faciəsindən sonra vətənin acılarına dözə bilməyən Sahib könüllü olaraq 1992-ci ilin iyununda hərbi xidmətə yollanmışdır.777 saylı hərbi hissədə xidmət edən Sahib əsgərlik həyatında özünü aktiv və təşkilatçı kimi göstərmişdir.Tez bir zamanda hərbi texnika haqqında müəyyən savada yiyələnən Sahib zabit heyəti və əsgər yoldaşları arasında böyük hörmət qazanmışdı.Sahib Heydərovun olduğu dəstə 1992-ci il avqustun 20-də Sədərək rayonuna göndərilmiş,gedən gündən döyüşlərdə özünü fəal göstərmiş, verilən bütün tapşırıqları vaxtında yerinə yetirmiş, bütün silahlardan düzgün və bacarıqla istifadə etməyi dərindən öyrənmişdir. Dəfələrdə döyüşdə yaxşı iştirak etdiyinə görə komandirlər tərəfindən təşəkkürnamə almışdır. Sahib Heydərov Sədərəkdən çıxandan sonra 750 №-li alaya göndərilmişdir.Cəsur döyüşçü Şərur rayonunun Cəhazir kəndinin yaxınlığındakı döyüş mövqeyinə göndərildi. Bir müddət burada vuruşan Sahib 1993-cü il iyulun 24-də Əfətli kəndinə dəstəsi ilə gətirilmişdir. Ağdamda Yusifcanlı və Novruzlu kəndlərinin düşmənlərdən təmizlənməsində böyük igidlik göstərmişdir.Avqustun 23-də Sahibgilin dəstəsi Füzuli bölgəsinə göndərilir. Burada da bir neçə kəndin azad edilməsində Sahib çox igidlik göstərmiş və komandirlərin dərin hörmətini qazanmışdır.Sahib Zülal oğlu Heydərov 1993-cü il dekabrın 22-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. == İrsi == Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Sahib Həsənov
Sahib Həsənov (20 Yanvar şəhidi)
Sahib Musayev
Sahib Kazım oğlu Musayev (1952, Çimkənd) — Azərbaycanlı alim, professor, tibb elmləri doktoru, əməkdar elm xadimi. Beynalxalq Elmlər Akademiyasının həqiq üzvü, Revmatologiya İnstitutu == Həyatı == Sahib Musayevin ailəsi Qazaxstan Respublikasının Çimkənd vilayətinə sürgün edilib. O, 1952-ci ildə burada anadan olur. Əslən Borçalı mahalının Mameyi kəndindəndir. 1954-cü ildə ailəsi bəraət aldıqdan sonra buraya qayıtmışdır. Orta məktəbi Qərbi Azərbaycanın Loru bölgəsinin Ləmbəli kəndində bitirib. 1966-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə daxil olub və 1975-ci ildə məzun olub. 2006-cı il iyunun 16-da Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.
Sahib Məmmədov
Sahib Məmmədov (siyasətçi) — Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Sahib Məmmədov (baş çavuş) — Vətən müharibəsi şəhidi.
Sahib Nəbiyev
Sahib Paşazadə
Sahib Ağaverdi oğlu Paşazadə (24 oktyabr 1980, Bakı) — tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru (2023-cü ildən) Əməkdar artist (2011), Prezident mükafatçısı (2011–2018), Tərəqqi medalı laureatı (2020), Beynəlxalq Müsabiqələr qalibi, dosent (2013). == Həyat və yaradıcılığı == 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə piano sinfi üzrə daxil olmuşdur. 1992-ci ci ildən Tar ixtisası üzrə təhsilini davam etdirmişdir. İlk müəllimi-atası xalq artisti, professor Ağaverdi Paşayev olmuşdur. Sonra isə not ixtisası üzrə Akif Novruzov, muğamdan isə Sərvər İbrahimovdan dərs almışdır. 1996-cı ildə Ümumrespublika üzrə keçirilən "Yaşıl yarpaq-96" — Respublika Radio Müsabiqəsinin qalibi olmuşdur −1-ci yer. 1997-ci ildə "Sadıqcan-150" ifaçıların 1-ci Respublika müsabiqəsinin laureatı-3-cü yer. 1998 ildə Orta ali tehsil məktəbləri arasında keçirilən 7-ci Ümumrespublika müsabiqəsinin qalibi-1 yer. 1998-ci ildə "Muğam-98" Respublika müsabiqəsinin laureatı — 3-cü yer.
Sahib Qarayev
Sahib Qarayev (Sahib Səhyəddin oğlu Qarayev; 25 sentyabr 1941, Qubadlı ) — "Tərəqqi" medalı, "Şərəf nişanı" ordeni, "Əmək veteranı" medalı, "Sosialist Müsabiqəsi Qalibi" nişanı təltifçisi. == Həyatı və təhsili == Sahib Qarayev 25 sentyabr 1941-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1959-cu ildə Hal kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmiş, “Sintezkauçuk” zavodunda çilingər peşəsi üzrə əmək fəaliyyətinə başlamışdır. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş və istehsalatdan ayrılmadan ali təhsil almış, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. === Vəfatı === Sahib Qarayev 8 iyun 2015-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1967-ci ilə kimi həmin zavodda usta, növbə rəisi vəzifələrində çalişmişdır. 1967-ci ilin avqust ayından 1969-cu ilin aprel ayına kimi Sumqayıt Yük Avtomobil Bazasında avtodəstə rəisi, 1969-cu ildən 1972-ci ilə kimi Sumqayıt Sərnişindaşınma Avtobazasının baş mühəndisi, sonra rəisi, 1972-1975-ci illər Sumqayıt Sərnişindaşınma Avtobazasının müdiri, 1975-ci ildən 1982-ci ilin dekabr ayına qədər Sumqayıt Şəhər Avtonəqliyyat İstehsalat Birliyinin rəisi vəzifəsində çalışmışdır. 1982-ci ilin dekabr ayında Sahib Qarayev Bakı şəhərindəki Avtomobil Bazanın rəisi vəzifəsinə təyin edilmiş, 1985-ci ilin mart ayına qədər bu vəzifədə işləmişdir. Həmin ilin mart ayında o, yenidən Sumqayıt şəhərinə dəvət edilmiş və Avtonəqliyyat İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilmişdir. 1987-ci ilin sentyabr ayından 1988-ci ilin oktyabr ayına qədər Bakı Taksi Nəqliyyat idarəsi Baş direktorun müavini, 1988-ci ilin oktyabr ayından 1989-cu ilin sentyabr ayına qədər Bakı şəhəri 2 saylı Taksimotor parkının direktoru, 1989-cu ilin sentyabr ayından 1997-ci ilin yanvar ayına qədər Sumqayıt Avtokombinatının direktoru vəzifəsində işləmişdir.
Sahib Quliyev
Sahib Quliyev — == Həyatı == Sahib Quliyev 26 oktyabr 1954-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya göz açıb. Sahib Quliyev ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1972-1978) alıb, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heykəltəraşlıq fakültəsini (1981-1989) bitirib. == Yaradıcılığı == 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılığa erkən yaşlarından başlayan heykəltaraş bu yolda qarşılaşacağı bir sıra çətinliklərə rəğmən öz əzmi və iradəsi ilə təsviri sənət aləmində yaradıcı bir insan kimi özünəməxsus - milli ruha əsaslanan axtarışları ilə heykəltaraşlıq sənətinin incəliklərini dərindən mənimsəyib və özündə ənənə ilə müasirliyin qovşağını əks etdirən çoxsaylı kiçik plastika nümunələrinin yaradıcısıdır. Belə ki, Sahib Quliyev hələ yetkinlik dövrünə çatmamış sarı təndir gilindən istifadə etməklə, ətrafında gördüklərini bədii görüntüyə çevirməklə yanaşı əsas etibarilə keçi və at fiqurlarından ibarət kiçik həcmli heyvan fiqurları, sonrakı dövrlərdə isə boz daşdan keçi fiqurları düzəldərdi. Sahib Quliyevin yaratdığı bədii plastika nümunələrinin səthlərində dekorativ bəzək xarakterli və müəyyən rəmzi məna daşıyan milli ornamentlərdən istifadə olunub. Bu naxışların əksər hissəsini isə dünya şöhrətli “Bico” xalçasından götürülmüş ornamental motivlər təşkil edir. “Bico” çeşnili xalça və onun üzərindəki həndəsi elementlər ümumiyyətlə heykəltaraşın yaradıcılığına böyük təsir göstərib. Sahib Quliyevin bir sənətkar kimi formalaşmasında milli plastika sənətimizlə yanaşı ünlü ingilis heykəltaraşı Henri Murun da müəyyən qədər təsiri olub. Bu da səbəbsiz deyildi.
Sahib Rüstəmov
Sahib Əkbər oğlu Rüstəmov - Azərbaycanlı şəhid. == Həyatı == Rüstəmov Sahib Əkbər oğlu 5 may 1950-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1993-cü ildə şəhid olub. == Təhsili == 1957-ci ildə Düzrəsullu kənd orta məktəbinin birinci sinfinə getmiş, 1967-ci ildə isə həmin məktəbin onuncu sinfini bitirmişdir. == Hərbi xidməti == 1989-1993-cü illərdə könüllü olaraq Azərbaycan Ordusu sıralarına hərbi xidmətə getmişdir və ən cəsur topçu kimi şöhrət qazanmışdır. == Vəfatı == 1993-cü ildə şəhid olmuşdur. == İstinadlar == "Gədəbəy Şəhidləri".
Sahib Rəhimov
Sahib Rəhimov (Sahib Səttar oğlu Rəhimov; 26 iyun 1937, Kərimbəyli, Qaryagin rayonu – 8 aprel 2020, Bakı) — dövlət xadimi. == Həyatı və fəaliyyəti == Sahib Səttar oğlu Rəhimov 26 iyun 1937-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Orta məktəbi Kərimbəyli kəndində bitirdikdən sonra 1954-cü ildə Azərbaycan Xalq Təsərrüfati İnstitutunun iqtisadiyyat fakultəsinə daxil olub, 1958-ci ildə uğurla bitirərək, təyinatla Dövlət Plan komitəsinin nəzdində fəaliyyət göstərən Təchizat və Təminat baş idarəsində iqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır. Sonra ki dövrdə o Azərmeşəkagiztikinti və Təminat birliyində baş mühəndis, şöbə müdiri və 1965-ci ilə qədər idarə rəisi vəzifələrini ardıcıllıqla icra etmişdir. Sahib Rəhimov sonra ki illərdə Dövlət Tikinti materiallari İstehsalı Təchizat və Təminat idarəsinin rəis müavini (1965-1966-ci illər), Azərbaycan Kənd Tikinti Nazirliyinin MMTŞ-də baş mühəndis (1966-1969-cu illər), Montin adına Ağac Emalı zavodunun direktoru (1966-1972), Başkolxozlararasitikinti Sənaye Müəssisələri idarəsinin rəisi (1972-1979-cu illər), Meşədəmir zavodunun direktoru (1979-1983-ci illər), Kənd Tikinti Nazirliyinin Tikinti materiallari trestinin müdir müavini və həmin nazirlikdə Azərkəndtikintikomplekt trestinin rəisi (1983-1986),Azəraqrarsənayetikinti Birliyinin rəis müavini (1986-1989), Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədr müavini (1989-1990),Azərsənayetikinti Birliyinin sədr müavini (1991-1991) və Azərbaycan Sənaye Tikinti Materiallari nazirinin müavini (1991-1998) vəzifələrində çalışmışdı. 1998-ci ildən isə onun həyatında yeni bir səhifə açılır. Sahib Rəhimov 1998-ci ildə Qaçqınlar və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri və 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunur və 2009-cu ilə qədər bu vəzifədə çalışıb. Sahib Rəhimovun əmək fəaliyyəti və vətənə xidməti Azərbaycan Respublikası tərəfindən hər zaman yüksək qiymətləndirilib, müxtəlif zamanlarda o, orden, medallarla, fəxri adlarla təltif olunub. O, Azərbaycan Respublikasının Əməkdar İnşaatcisi fəxri adi və 2007-ci ildə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Sahib Rəhimov 8 aprel 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Sahib İsmayilov
Sahib İsmayılov (1973, Siyəzən rayonu) — Azərbaycan cüdoçusu və cüdo məşqçisi. == Həyatı == 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir. Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
Sahib İsmayılov
Sahib İsmayılov (1973, Siyəzən rayonu) — Azərbaycan cüdoçusu və cüdo məşqçisi. == Həyatı == 1973-cü ildə Azərbaycanın Siyəzən rayonunda anadan olmuşdur. Bir çox beynəlxalq və respublika miqyaslı cüdo turnirlərində Azərbaycanı təmsil etmiş və yüksək nailiyyətlər qazanmışdır. Sonralar məşqçilik fəaliyyəti ilə məşğul olmuşdur. Onun yetirmələrindən Cəlil Cəlilov, Elvin Ramazanov, Əfsanə Hüseynova, Sakit Qasımov və s. bir yarışların və beynəlxalq turnirlərin qalibi olmuşlar. Hal-hazırda Sumqayıt şəhəri 2 saylı Uşaq-Gənclər İdman Məktəbində fəaliyyət göstərir. Sahib İsmayılov 2013-cü ildə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Cüdo Federasiyasının ilk beynəlxalq idman ustasıdır.
Sahib Şirəliyev
Sahib Yusif oğlu Şirəliyev (18 oktyabr 1995; Masallı rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sahib Şirəliyev 1995-ci il oktyabrın 18-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Sahib Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahib Şirəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahib Əhmədov
Sahib Əhmədov (zooloq) — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq. Sahib Əhmədov (əsgər) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Sahib Əkbərov
Sahib İsmayıl oğlu Əkbərov (27 iyul 1951, Otaqlı, Kəlbəcər rayonu) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1991–1992). == Həyatı == Əkbərov Sahib İsmayıl oğlu 1951-ci il iyul ayının 27-də Kəlbəcər rayonunun Otaqlı kəndində Kalxozçu ailəsində anadan olmuşdur.1968-ci ildə Kəlbəcər rayonunda 1 №-li orta məktəbi,1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunu,1986-cı ildə Bakı Ali Partiya Məktəbini ,2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirməklə inşşat mühəndisi, politoloq, iqtisadçı ixtisaları üzrə ali təhsil almışdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1968-ci ilin iyun ayında başlamışdır. Kəlbəcər rayonu "Kalinin" adına kolxozda sahə gözətçisi işləmişdir.1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.193-vcü ildə "Kalinin" adına kolxozda köməkçi mühasib işləmişdir. 1978-ci ilin oktyabr ayından 1979-cu ilin sentyabr ayına kimi Bərdə Kolxozlararası Tikinti İdarəsində quraşdırıcı, iş ustası,1979-cu ilin sentyabr ayından 1980-ci ilin may ayına kimi Azərbaycan SSR Kənd Sənayesi Tikintisi Nazirliyinin 4 №-li trestində mühəndis, texniki şöbənin baş mühəndisi vəzifələrində işləmişdir. 1980-ci ilin may ayından 1982-ci ilin iyul ayına kimi Kəlbəcər rayon XDS baş memarı vəzifələrində işləmişdir, həmin vaxtlar 1984-cü ilin sentyabr ayından 1986-cı ilin iyul ayına kimi Bakı Ali Partiya Məktəbinin Dinləyicisi olmuşdur. 1986-cı ilin iyul ayından 1989-cu ilin aprel ayına kimi Azərbaycan KP Kəlbəcər Rayon Komitəsində təlimatçı, K/T şöbəsinin müdiri, təşkilatı Partiya Şöbəsinin müdir müavini işləmişdir. 1989-cu ilin aprel ayından 1991-ci ilin sentyabr ayına kimi Kəlbəcər Rayon XDS İK sədri, 1991-ci ilin sntyabr ayından 1991-ci ilin oktyabr ayına kimi Kəlbəcər Rayon XDS sədri, həmin vaxtdan may 1992-ci ilə kimi Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. Dəfələrlə Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin deputatı,1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin Deputatı olmuşdur.
Sahib Əliyev
Sahib Əliyev (tam adı: Sahib Müseyib oğlu Əliyev; 15 mart 1933 – 7 fevral 1990) — Azərbaycan alimi, Azərbaycan-sovet kimyaçı alimi, kimya elmləri doktoru (1967), professor (1971), Azərbaycan MEA-nın həqiqi üzvü. == Həyatı == Görkəmli alim, istedadlı tədqiqatçı, akademik, kimya elmləri doktoru, professor Sahi Müseib oğlu Əliyev 1933-cü ildə indiki Gədəbəy rayonunda anadan olmuşdur. 1949-cu ildə orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutununa (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1954-cü ildə fərqlənmə diplomu ilə bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir. Sahib Əliyevin əmək fəaliyyəti AMEA Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə bağlı olmuşdur. O, burada aspiranturaya daxil olmuş, 1958-ci ildə namizədlik dissertasiyasını, 1965-ci ildə isə "Alkil, alkenilaromatik karbohidrogenlərin və onların oksitörəmələrinin heterogen katalitik sintezi və çevrilmələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1971-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Yüksək nəzəri biliyi, təşkilatçılıq bacarığına malik Sahib Əliyev artıq 1958-ci ildə laboratoriya müdirinin müavini, 1969-cu ildə laboratoriya müdiri vəzifəsinə təyin olunmuşdur. 1970–1976-cı illərdəo, laboratoriya müdiri vəzifəsi ilə yanaşı, "Plastik kütlələr" şöbəsinin müdiri vəzifəsini, 1982-ci ildən NKPİ–nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. Akademik Sahib Əliyev 1990-cı il fevralın 7–də qəflətən vəfat etmişdir.
Sahib Ələkbərov
Sahib Nurəddin oğlu Ələkbərov (10 yanvar 1952, Samux rayonu) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2020-ci ildən), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı == Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci il yanvar ayının 10-da Samux rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir. Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur. 2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilmişdir. 2020-ci ilin aprelindən isə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır. 11 fevral 2020-ci ildə vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 10 yanvar 2022-ci ildə isə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var.