1. Nümunə, örnək, misal.
2. Məsəl, zərbi-məsəl.
Məşədi Həsən əmi əlavə olaraq… tat şivəsi ilə bir timsal da söylədi.
[Hacı:] Nə qədər timsal və zərbi-məsəllər eşitsəniz, uşaqlarınıza deyin, dəftərlərinə yazsınlar.
3. klas. Şəkil, rəsm, surət, təsvir.
Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu.
4. köhn. bax təmsil 2-ci mənada.
Rusların məşhur ədibi… Krılov “Ağacın yarpaqları və kökləri” adlanan bir timsalında yazır.