TORPAQLAMAQ

f.
1. Üstünü və ya yanlarını torpaqla örtmək.
Çən dolduqdan sonra borunun deşiyini probkalayıb üstünü torpaqlardılar. H.Sarabski.
[Əmiraslan babanın] calaq vurduğu, qabıq qoyub, hərləmə ilə bağlayıb sarıdığı, kəsik yerlərini torpaqladığı naziknazik çubuqlar artıq yeni kök üstündə özlərinə yer etmişdi. S.Rəhimov.

2. Torpağa basdırmaq, dəfn etmək. Ölünü torpaqlamaq.
3. dan. Torpaqla sürtüb təmizləmək, yumaq. Hisli qazanı torpaqlamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TORPAQLAMAQ basdırmaq — örtmək — doldurmaq
TORPAQLAMA
TORPAQLANMA

Digər lüğətlərdə