TURABİ
TURALƏ
OBASTAN VİKİ
Tural Eyyubov
Tural Yadulla oğlu Eyyubov (2 iyul 1992, Mollakənd, Kürdəmir rayonu – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində Yadulla və Gülnarə Eyyubovların ailəsində anadan olub. 1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başladılar. 1998–2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005–2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi-riyaziyyat" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Tural Eyyubov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014–2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və "leytenant" hərbi rütbəsi alıb. Azərbaycan Ordusunun leytenantı olan Tural Eyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Tural Gəncəliyev
Tural Gəncəliyev (6 mart 1980, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan Respublikasının Milli Məclisinin Xankəndidən olan VI çağırış deputatı. "Qarabağa Dönüş" İctimai Birliyinin sədri (2021–h.h.) Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü (2021–h.h.); Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin 2-ci və son sədri (2018–2021) == Həyat == Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məşhur məhəllələrindən biri sayılan "Çölqala Məhəlləsi"ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb. Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub. Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarından iştirak edib. Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köçmüş və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib.
Tural Haşımlı
Tural Hümbətov
Tural Hümbətov (24 yanvar 1994, Sankt-Peterburq, Rusiya) — müdafiəçi mövqeyində oynayan Azərbaycan futbolçusu. 2017-ci ildən Makedoniyanın "Pobeda" klubunda çıxış edir. 17, 19 və 21 yaşadək Azərbaycan yığma komandalarının şərəfini qoruyub. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə salınmışdır. == Həyatı == Tural Hümbətov 1994-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. Futbolla 10 yaşında məşğul olmağa başlamışdır, onun ilk klubu Vasili Aleksandroviç Kostrovskinin çalışdırdığı DYUSŞ "Smena" klubu olmuşdur. Bir il sonra o, Sankt Peterburqun "Turbostroitel" komandasına (indiki "Zenit-84") keçir, burada məşqçisi Protasov Sergey İvanoviç olur. Klubun kapitanına çevrilən Tural burada 4 il keçirir. 2009-cu ildən 2011-ci ilə qədər Romanov Sergey İvanoviçin rəhbərliyi altında olan SDYUŞOR "Zenit"in oyunçusu olur 2011-ci ildə Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. == Klub karyerası == === Çempionat === ==== Rusiya ==== 2011-ci ilin əvvəlində Zenit futbol komandasının Akademiyası ilə müqavilə bağlayır, 18 yaşadək komandanın tərkibində "Severo-Zapad" birinciliyində bir il keçirir.
Tural Hümmətov
Tural Rövşən oğlu Hümmətov (20 may 1998, Tatoba, Lənkəran rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Hümmətov 1998-ci il mayın 20-də Lənkəran rayonunun Tatoba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Hümmətov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Həmid
Tural Həsənov
Tural Həsənqarayev
Tural Mustafayev
Tural Mustafayev (28 avqust 1980, Bakı) — Azərbaycan teatr rejissoru. == Həyatı == Tural Mustafayev 28 avqust 1980–ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Pantomima Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında aktyor işləyib. “YUĞ” teatrının rejissoru olub. 2011-2017-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub. Bir sıra Beynəlxalq festivallarda iştirak edib. == Quruluş verdiyi əsərlər == Ə.Haqverdiyev “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” A.Puşkin “Qızıl xoruz” Ə.Haqverdiyev “Şah” M.F.Axundov “Lənkəran xanın vəziri” Xanım “Yeni il nağılı” E.Voyniç “Ovod” A.Nikolayi “Qızıl qəfəs” və başqaları. 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktrisa Almaz Mustafayevanın oğludur.
Tural Məmişov
Tural Tələt oğlu Məmişov (5 aprel 1992; Gədəbəy rayonu, Azərbaycan — 5 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Tural Tələt oğlu Məmişov Gədəbəydə doğulub Laçın şəhərində vəfat etmişdir. == Həyatı == Tural Məmişov 1992-ci il aprelin 5-də Gədəbəy rayonunun Maarif kəndində anadan olub. Ailəli idi. Ayşə adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Məmişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Məmişov noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmişov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Məmmədli
Tural Məmmədov
Tural Məmmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü giziri, Vətən müharibəsinin şəhidi. Tural Məmmədov (əsgər, 1990) — Azərbaycan Silahlı Qüvvələrinin 1990-cı il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi. Tural Məmmədov (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin 1999-cu il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi.
Tural Orucov
Tural Əmir oğlu Orucov (1 yanvar 1993; Mingəçevir, Azərbaycan — 5 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Orucov 1993-cü il yanvarın 1-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Orucov noyabrın 5-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Abbaslı
Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi, jurnalisti, Müsavat Partiyasının üzvü və funksionerlərindən biri (2000–2016), 2016-cı ildən bəri Ağ Partiyasının sədri. Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib. Tural Abbaslı Ağ Partiyasını təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur. == Həyatı == Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Başxanım Abbasova Müsavat Partiyasının Divan üzvü olub. Siyasi fəaliyyətə başlamasında da məhz anasının təsiri olub.
Tural Abbasov
Tural Abbasov (25 aprel 1990) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Tural Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 50 metr məsafəyə sərbəst üsulla üzmə turnirinin təsnifat mərhələsində 26.30 saniyə nəticə göstərdi və 78-ci pillənin sahibi olub.
Tural Abbaszadə
Abbaszadə Tural İlqar oğlu (rus. Турал Ильгар оглы Аббасзаде; 26 oktyabr 1992, Bakı) — Azərbaycan futbolçusu, "Kəpəz"də keçmiş qapıçı. == Həyatı == Tural Abbaszadə 1992-ci ildə anadan olmuşdur. Futbola uşaqlığından həvəsi olmuş, "Milan"ın qapıçısı Didanın oyunundan çox xoşu gəlmişdir. Bu səbəbdən də futbolçu olmağı qərara alıb. İlk məşqçisi Arif Orucov olub. Futbola 10 yaşında "Olimpiya" komandasında başlamışdır. 14 yaşında "Azəri"yə keçmişdir. Oradan isə İslam Kərimovun çalışdırdığı "Neftçi"yə üz tutmuşdur. "Neftçi"də 3 il qalmışdır.
Tural Abdullayev
Tural Abdullayev (baş çavuş) (26.02.1990) — baş çavuş, Vətən müharibəsi şəhidi. Tural Abdullayev (kiçik gizir) (09.02.1993) — gizir, Vətən müharibəsi şəhidi.
Tural Allahverdiyev
Tural Hikmət oğlu Allahverdiyev (29 iyul 2000, Nijni Novqorod) — Azərbaycanlı idmançı və milli atletdir == Həyatı == Tural Allahverdiyev 2000-ci ilin 29 iyul tarixində Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycan ailəsində anadan olub. 8 il Rusiya Federasiyasında yaşayandan sonra Tural ailəsi birgə Vətəninə Azərbaycana qayıdır və elə 8 yaşından Yunan-Roma Güləşinin sirrlərini öyrənmə başlayır. Sonra müəyyən səbəblərdən Tural güləşi atır, bir necə idman növlərini sınayan Tural ən sonda "Yasamal" İdman Klubunda Cüdo idman növü ilə məşğul olur. Həmçinin Tural Sambo, Grappling, Pəhləvan Güləşi, Zorxana Kəmər Güləşi və Mas-wrestling İdman növləri üzrə də Azərbaycan Milli Komandasının üzvüdür.
Tural Aslanov
Tural Elşən oğlu Aslanov (5 iyun 1992; Yardımlı rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çay Üzü kəndində anadan olub. N. Cəbiyev adına tam orta məktəbdə orta təhsil almışdır. Sumqayıt Dövlət Universitetinin coğrafiya fakültəsində ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Tural Aslanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 3 aylıq zabitlik kursundan sonra "N" saylı hərbi hissədə "leytenant" olaraq tərxis olunana qədər xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Tural Aslanov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Tural Axundov
Tural Möhsüm oğlu Axundov (1 avqust 1988-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == === Çempionat === Tural Axundov öz peşəkar futbolçu karyerasına 2009-cu ildə Muğan klubunda start vermişdir. İki mövsüm bu klubda çıxış etdikdən sonra Axundov 2011-ci ildə Rəvan klubuna transfer olmuşdur. Uzun müddət bu klubda kapitan sarğısını daşımışdır. 2013-cü ilin yay ayında Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Simurq klubu ilə bir illik müqavilə imzalamışdır. 2014-cü ilin noyabrında Zaqatala klubunun rəhbərliyi 2017-ci ilin iyun ayının sonuna qədər futbolçuyla müqaviləni uzatmışdır. Lakin Tural klub ilə iki mövsüm və 63 oyun keçirdikdən sonra klubu tərk etmişdir. 2015-ci ilin iyununda keçmiş futbolçuların seleksiya yığımları zamanı Gəncə təmsilçisi olan Kəpəz klubunun heyətinə cəlb edilir. O, klub ilə debütünü 9 avqust 2015-ci ildə çempionatın ilk turunda Neftçi Bakı klubuna qarşı oyunda etmişdir.
Tural Qarayev
Tural Şahin oğlu Qarayev (29 aprel 1991; Qobustan rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Qarayev 1991-ci il aprelin 29-da Qobustan rayonunun Bəklə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Qarayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Bəklə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Qasımov
Tural Yelmar oğlu Qasımov (21 sentyabr 1991; Ağamalıoğlu, Goranboy, Azərbaycan — 11 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Qasımov 21 sentyabr 1991-ci ildə Goranboyda anadan olub. 2009–2011-ci illərdə hərbi xidmətdə olmuşdur. Ailəli və bir oğlu var idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüsal İsgəndərov Gülüstan, Ağuçuq, istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Tural 11 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. Goranboyda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qasımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qasımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Tural Qubatov
Tural Firəddin oğlu Qubatov (4 iyul 1998, Böyük Bəhmənli, Füzuli, Azərbaycan — 28 sentyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Qubatov 4 iyul 1998-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. Şəhid Ehtiram Piriyev adına 1 saylı Böyük Bəhmənli kənd orta məktəbində orta təhsili bitirdikdən sonra 2016–2018-ci illərdə müddətli hərbi xidmətə başlayıb. Daha sonra Ordu sıralarında qalaraq Həmlə taborunda fəaliyyətinə davam edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tural Qubatov Füzuli və Cəbrayılın azad edilməsində savaşıb. 28 sentyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucalıb. Tural Qubatov Fizuli kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Quliyev
Tural Mustafa oğlu Quliyev (25 oktyabr 1995; Yevlax, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Quliyev 25 oktyabr 1995-ci ildə Yevlaxda anadan olmuşdur. 2001-2012-ci illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Tural Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüşdür. 2020-ci ilin 9 sentyabr tarixindən Tural Quliyev müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Tural Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tural Quliyev 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun Murovdağ silsiləsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Tural Qurbanov
Tural Gürşad oğlu Qurbanov (d. 11 Sentyabr 1992; Kürdəmir, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Tural Qurbanov 11 sentyabr 1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində Solmaz və Gürşad Qurbanovların ailəsində anadan olub. == Hərbi xidməti == Gizir Tural Qurbanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 11-i isə Tural Qurbanov doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Tural Qurbanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Aşıq Tural Bağırov
Aşıq Tural Vidadi oğlu Bağırov (1981, Naxçıvan) – Azərbaycanlı aşıq, Naxçıvan Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017). == Həyatı == Aşıq Tural Vidadi oğlu Bağırov çağdaş Naxçıvan aşıqlarından biridir. O, 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Aşıq Tural gənclik yaşlarında asıqlıq sənətinə həvəs göstərmiş və bu sənətin incəliklərini Naxçıvan aşıq məktəbinin ulu ustadı Sərraf Qasımın tanınmış yetirmələrindən biri olan Aşıq Abdulla Fətəliyevdən öyrənmişdir. 1998-ci ildə isə Naxçıvan Dövlət Universitetinin saz ixtisasını bitirmiş və saz sənəti üzrə ali təhsilli bir mütəxəssis olmuşdur. Hazırda Babək Rayon Uşaq Musiqi Məktəbində saz sənətindən dərs deyir və Naxçıvan Dövlət Filarmoniyasında saz üzrə solistdir. O, 2016-cı ilin yanvar ayında Naxçıvan Aşıqlar Birliyinin sədri vəzifəsinə seçilmişdir və hazırda bu vəzifədə də öz fəaliyyətini davam etdirir. Aşıq Tural müsahibələrindən birində özü haqqında belə demişdir: "1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Balaca yaşlarımdan dayımın saz çalıb oxuması məni çox həvəsləndirmişdi. Bu həvəsimi görən valideynlərim mənə aşıq sənətinin sirlərini öyrənməyə şərait yaratdılar.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. == Həyatı == 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib. 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.
Tural Həsənov (əsgər)
Tural Tapdıq oğlu Həsənov (azərb. Həsənov Tural Tapdıq oğlu‎) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Tapdıq oğlu Həsənov 16 iyul 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Orta təhsilini Mingəçevir şəhər 10 N-li məktəbdə alıb. Daha sonra Turizm kollecində Bədən Tərbiyəsi ixtisası üzrə təhsil almışdır. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra qeyri-qida sektorunda çalışıb. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb.Azərbaycan Ordusunun əsgəri olan Tural Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Tərtər,Suqovuşan istiqamətlərində döyüşmüşdür. 2020-ci il 2 oktyabr tarixində, Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində həlak olmuşdur. Nəşi dekabrın 9-da neytral zonadan çıxarılaraq ailəsinə təhvil verilib. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.
Tural Məmmədli (aparıcı)
Tural Məmmədli (bəstəkar)
Tural Rəhman oğlu Məmmədli (28 noyabr 1989, Füzuli) — azərbaycanlı pianoçu, bəstəkar, musiqi rəhbəri və aranjimançı. Ulu öndər Heydər Əliyevə həsr edilmiş "Zirvəyə doğru" simfonik poeması, "Təbrizim" kantatasının, "Çarx" simfonik eskizinin müəllifi, 2014-cü ilin iyun ayında Maltada keçirilən bəstəkarlar arası beynəlxalq festivalın laureatı. == Həyatı və təhsili == Tural Məmmədli 28 noyabr 1989-cu ildə Füzuli şəhərində, musiqiçi ailəsində anadan olub. 2007-ci ildə Xətai rayonu 27 nömrəli orta məktəbi fəxri fərmanla bitirdikdən sonra, Bakı Musiqi Akademiyası nəzdində orta ixtisas Məktəb-Studiyasının Fortepiano şöbəsinə daxil olub, 2007 ci-ildə oranı əla qiymətlərlə bitirib. 2007-ci ildə Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub. Əməkdar İncəsənət xadimi, professor Nazim Mirişlidən dərs alıb. 2011-ci ildə BMA-nın Bəstəkarlıq fakültəsini Ulu öndər Heydər Əliyevə həsr etdiyi böyük simfonik orkestr üçün yazılmış “Zirvəyə doğru” simfonik poeması, qırmızı diplomla başa vurub. 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının Bəstəkarlıq fakültəsinin magistr pilləsinə daxil olub, 2016-cı ildə təhsilini tamamlayıb. Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov və fəlsəfə elmləri doktoru Telman Qəniyevdən dərs alıb. 2013-cü ildə Rusiya Federasiyası Prezidenti yanında İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarə etməsi fakültəsinə (qiyabi) daxil olub, 2018-ci ildə bitirmişdir.
Tural Məmmədli (dəqiqləşdirmə)
Tural Məmmədli — aparıcı
Tural Məmmədli (əsgər)
Tural Aqil oğlu Məmmədli (22 mart 1998; Bəyimsarov, Tərtər, Azərbaycan — 9 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Məmmədli 1998-ci il mart ayının 22-də Tərtər rayonunun Bəyimsarov kəndində dünyaya gəlib. Tərtər rayon, Bəyimsarov kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə çağırılıb. 2020-ci ilin sentyabrından isə müddətdən artıq hərbi qulluqçu kimi işə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tural Məmmədli Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. 9 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. 23 oktyabr 2020-ci ildə Tərtərdə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Məmmədov (gizir)
Tural Arif oğlu Məmmədov (1 may 1995, Sincan, Oğuz rayonu və ya Oğuz rayonu – 29 oktyabr 2020, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2001-ci illərdə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir. == Hərbi xidməti == Tural Məmmədov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin giziri Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Tural Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Tural Məmmədov oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur.
Tural Məmmədov (şəhid, 1999)
Tural Tariyel oğlu Məmmədov (5 noyabr 1999; Daşkəsən, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Məmmədov 1999-cu il noyabrın 5-də Daşkəsən şəhərində anadan olub..2000-ci illərdə ailəsi ilə birlikdə Bakıya köçüb. Əslən Göyçə mahalının Cil kəndindəndir. Subay idi. == Təhsili == Tural Məmmədov 2006-2015-ci illərdə orta təhsilini Bakı şəhəri M.Rəsulzadə qəsəbəsindəki 99 nömrəli məktəbdə və Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbdə aldıqdan sonra 2015-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmaqla təhsilini davam etdirib. Səhhəti ilə əlaqədar hərbi məktəbdəki təhsilini yarımçıq qoyub. == Hərbi xidməti == 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Xidmətini ilk olaraq Ağcabədidə, daha sonra Xocavənddə, Harami düzündə yerinə yetirib. Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmətdə olarkən vəzifəsi qumbaraatan olub. T.Məmmədov vaxtilə Qərbi Azərbaycanın Göyçə mahalından zorla qovulan göyçəlilərin acı taleyi haqqında hər zaman düşünmüş, düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdur.
Tural Məmmədov (əsgər)
Tural Məmmədov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü giziri, Vətən müharibəsinin şəhidi. Tural Məmmədov (əsgər, 1990) — Azərbaycan Silahlı Qüvvələrinin 1990-cı il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi. Tural Məmmədov (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin 1999-cu il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi.
Tural Məmmədov (əsgər, 1990)
Tural Elxan oğlu Məmmədov (17 sentyabr 1990, Qazax rayonu – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Məmmədov 1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində anadan olub. 1996-2007-ci illərdə Qazax şəhərində S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Tural Məmmədov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tural Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib.
Tural Məmmədov (əsgər, 1999)
Tural Tariyel oğlu Məmmədov (5 noyabr 1999; Daşkəsən, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Məmmədov 1999-cu il noyabrın 5-də Daşkəsən şəhərində anadan olub..2000-ci illərdə ailəsi ilə birlikdə Bakıya köçüb. Əslən Göyçə mahalının Cil kəndindəndir. Subay idi. == Təhsili == Tural Məmmədov 2006-2015-ci illərdə orta təhsilini Bakı şəhəri M.Rəsulzadə qəsəbəsindəki 99 nömrəli məktəbdə və Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbdə aldıqdan sonra 2015-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmaqla təhsilini davam etdirib. Səhhəti ilə əlaqədar hərbi məktəbdəki təhsilini yarımçıq qoyub. == Hərbi xidməti == 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Xidmətini ilk olaraq Ağcabədidə, daha sonra Xocavənddə, Harami düzündə yerinə yetirib. Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmətdə olarkən vəzifəsi qumbaraatan olub. T.Məmmədov vaxtilə Qərbi Azərbaycanın Göyçə mahalından zorla qovulan göyçəlilərin acı taleyi haqqında hər zaman düşünmüş, düşməndən qisas almağı qarşısına məqsəd qoymuşdur.