1. Özünü ələ ala bilmə bacarığı, soyuqqanlılıq, özünü itirməmə; ciddilik, ağırlıq, vüqar.
Yazıçı heç zaman öz müvazinətini, təmkin və sakitliyini itirmir.
[Fərman və Cəmilin] danışıqlarında, hərəkətlərində bir təmkin nəzərə çarpırdı.
2. Təmkinlə şəklində zərf – vüqarla, ciddi surətdə, özünü itirməyərək, soyuqqanlılıqla, öz halını pozmadan.
Qafar təmkinlə öz fikrini anlatdı.
Mürsəl nə qədər odlu danışırdısa, Ataş bir o qədər toxdaq və təmkinlə cavab verməyə can atırdı.