TƏNƏF
TƏNƏKAR
OBASTAN VİKİ
Tənək
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Tənək dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Tənək ilbizi
Unlu tənək yastıcası
İri tənək hafı
İri tənək hafı (lat. Hippotion celerio ) — pulcuqluqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. Qanadları açıq halda 75 mm-dir. Ön qanadlar qəhvəyimtil-qonur olub, zirvədən əsasa doğru çəpinə xətt keçir, orta hücrənin zirvəsində ağ halqa ilə haşiyələnmiş qara nöqtə vardır. Arxa qanadlar çəhrayı rəngdədir, xarici kənarı tünd haşiyələnmişdir, əsasında da tünd rəngli xətt vardır. Qanadların damarları qaraya çalır. Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Malay Arxipelaqı, Avstraliya, Kanar adaları, Orta Asiya, Cənubi Qafqaz, Azərbaycanda — Talış (Zuvand). Evritop növdür. Kəpənək iyunda uçur, yeganə fərdə yalnız Zuvandda rast gəlinmişdir.
Tənəkabun
Tənkabun (Farsca: تنكابن, Tonekābon), İranın Mazandaran əyalətində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,128 nəfər və 13,087 ailədən ibarət idi. İdari olaraq əyalətin Tənkabun şəhristanında yerləşir və bu şəhristanın mərkəzidir. Xəzər dənizinin sahilində yerləşən şəhərin qədim adı Şahsavar'dır. Ramsər ilə Çalus arasında yerləşən Tənkabun, Tehranın 250 km şimalındadır. Tənkabunda yaşayanların çoxu giləklər və mazandaranlılardan ibarətdir.
Tənəklərin əkilməsi və ona qulluq (film, 1968)
Filmdə Azərbaycanda böyük üzüm ehtiyatı və onun gələcək inkişafı haqqında ətraflı söhbət gedir; eləcə də yeni üzümlüklərin salınması , mütərəqqi üsullarla düzgün becərilməsi, aqrotexniki tədbirlərin tətbiqi barədə danışılır. Elmi-kütləvi film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Tənəkə
Tənəkə — soyuq yayılmış polad (başlıca olaraq az karbonlu polad). Qalınlığı 0,08–0,5 mm olan nazik lent və ya vərəq şəklində hazırlanır. Qida mühitinin təsirindən və atmosfer korroziyasından qorumaq üçün üzərinə qalay, xrom, xüsusi laklar, plastik kütlə və s. qoruyucu örtüklər çəkilir. Tənəkədən başlıca olaraq konserv qabları və bu kimi metal qutular hazırlamaq üçün istifadə olunur.
Tənəkə təbili
Tənəkə təbili — Günter Qrass tərəfindən yazılmış romandır. Bu roman 1959-cu ildə "Dantsiq triologiyası"nın bir hissəsi kimi nəşr olunur. O, Almaniyada müharibədən sonra çap olunmuş ən vacib romanlardan biri sayılır. Romanda öz həyatını danışan Oskar Matserat 1924-cü ildə Dantsiqdə dünayaya gəlir. Anadan olan zaman o tam yetişmiş bir təfəkkürə malik olur. O üç yaşından sonra daha böyümədiyi üçün həmişəlik uşaq olaraq böyüklərin həyatı haqqında aşağıdan yuxarıya baxaraq xəbər verir. O malik oduğu tənəkə təbilinin köməyi ilə hətta keçmişə boylana bilir, məsələn anasının necə anadan olması haqqında da məlumatlara malikdir. Oskar romanda özü haqqında üçüncü şəxsdə məlumat verir. Oskar özü haqqında deyir ki, o "ağılı başa malik körpələrə" aiddir və "onun təfəkkürü artıq anadan olanda sona çatmışdır, bundan sonra o malik oduğu bu təfəkkürü təsdiq etməlidir". O Böyüklərin dünyasını inkar edir və 3 yaşından sonar daha böyümək istəmir.
Tənəkə təbili (roman)

Digər lüğətlərdə