TƏRƏHHÜM

is. [ ər. ] klas. Rəhm, mərhəmət.
Olmazmı kəniz cinsi-mərdüm? Yoxdurmu kənizə həm tərəhhüm? Füzuli.

□ Tərəhhüm etmək (eyləmək) klas. – rəhm etmək.
[Vəzir:] Başına dönüm, keçən padşahlar ədalətin icrasında övlad və əqrəbalarına tərəhhüm etməyiblər. M.F.Axundzadə.
Tərəhhüm eyləmədin axır, ey cavan, ölürəm. X.Natəvan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRƏHHÜM tərəhhüm bax rəhm
TƏRƏFGİRLİK
TƏRƏK

Digər lüğətlərdə