TƏSVİB

is. [ ər. ] Bəyənmə, təsdiq.
Komisyon məsələnin həll olunması yolunu tapıb, təsvib üçün dövlətə və əncümənə versin. M.İbrahimov.

□ Təsvib etmək – bir fikir və ya hərəkətin, işin doğru olduğunu söyləmək; bəyənmək, təsdiq etmək, alqışlamaq, tərifəlayiq bilmək.
[Çopo:] Xaqan hər kəsi dinlədikdən sonra mənim rəyimi təsvib etdi. Çəmənzəminli.

TƏSRİF
TƏSVİBEDİCİ

Digər lüğətlərdə