UĞRAŞMAQ

f.
1. Uzun müddət bir şeylə məşğul olmaq, çalışmaq, bir şeyə başı qarışmaq.
[Naib:] Bu cəbr, həndəsə bilməm nə demək? Uğraşan beynimi incitmiş olur. H.Cavid.
Əvvəllər Nəriman dərs ilə uğraşmağa çalışdı. Mir Cəlal.

2. bax uğramaq 1-ci mənada.
Bir rahgüzərdə ol nigarə; Uğraşdı və qıldı bir nəzarə. Füzuli.

3. Gəzmək, dolanmaq, keçərkən müvəqqəti bir yerdə olmaq, durmaq.
Mən ki bir şux madmazel eşqində əldən getmişəm; Şəhrdənşəhrə gəzib Avropanı uğraşmışam. M.Ə.Sabir.

UĞRAŞMA
UĞRATMA

Digər lüğətlərdə

исчерня́ться кандидату́ра очаго́вый па́стрижки полифони́ческий потайно́й птене́ц суха́рь тите́стер шпунтово́й обита́лище подка́пывать полипти́х прови́дица распальцо́вка ситро́ стекля́русный flax-lily Latin-American minute rear Sanhedrim stutterer беседовать оголиться