VÜSUQ

is. [ ər. ] klas. Ürəkdən inanma, möhkəm inam, etibar, xatircəmlik.
Xanın onlara hər xüsusda vüsuqu var idi. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VÜSUQ vüsuq bax inam
VÜSLƏT
VÜSUL
OBASTAN VİKİ
Bəhruz Vüsuqi
Xəlil Vüsuqi və ya səhnə adı ilə Bəhruz Vüsuqi – (fars. بهروز وثوقی‎, 11 mart 1938, Xoy, İran) — İranlı aktyor. == Həyatı == Bəhruz Vüsuqi 1938-ci ildə İranın Xoy (Khoy) şəhərində anadan olub. O, İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri hesab edilirdi. İnqilabdan təxminən iki il sonra Amerikaya köçərək burada məskunlaşan aktyor, bir daha İrana qayıtmamışdır. Hal-hazırda Amerikada yaşayan Bəhruz Vüsuqi kinematoqrafiya sahəsindən uzaqlaşmışdır. 1975-ci ildə tanınmış müğənni və aktrisa Ququşla ailə həyatı qursa da bu evlilik çox çəkməmiş, cütlük 1976-cı ildə evliliklərini sonlandırmışdılar. Amerikaya köçdükdən sonra burada ikinci dəfə ailə həyatı quran Bəhruz Vüsuqinin bu evlilikdən 2 övladı var. == Karyerası == Karyerasına Samuel Xaçikyanın "Toofan dar Shahre Ma" (azərb. Şəhərimizdəki fıtına‎) filmi ilə başlayan aktyor daha sonra 1962-ci ildə rejissor Abbas Şabavizin "Gole gomshodeh" (azərb.
Mirzə Həsən xan Vüsuqəddövlə
VÜSUQÜDDÖVLƏ Mirzə Həsən xan Mirzə İbrahim xan oğlu (1874–1950) — İran dövlət xadimi. Baş nazir. Dəfələrlə Məclisin deputatı seçilmiş, müxtəlif nazir vəzifələri daşımışdır. 1916–1917-ci il və 1918–1920-ci illərdə İranın baş naziri olmuşdur. 1919-cu ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətini qəbul etmiş. iki dövlət arasında dostcasına sıx münasibətlərin qurulacağına əminliyini bildirmişdir. Vətənə yola düşməzdən əvvəl Vüsuqüddövlə nümayəndə heyətini yenidən qəbul etmiş, İranın öz sərhədlərini Azərbaycan, Türküstan və digər ərazilər hesabma genişləndirmək niyyəti barədə İran nümayəndə heyətinin Versal konfransındakı bəyanatına münasibətini açıqlayaraq, ölkəsinin belə bir fıkri olmadığını bildirmişdi. Versal nümayəndə heyətinə protest göndərilərək, bu qeyri-dəqiq xəbərin təkzib olunması tapşırılmışdı. Vüsuqüddövlə hər iki dövlət üçün dostluq, qarşılıqlı əlaqə və çiçəklənmə dövrünün başladığına əminliyini bir daha vurğulamışdı.Vüsuqüddövlə hökuməti Versaldakı nümayəndə heyətinə konfransda Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini dəstəkləmək barədə teleqram göndərmişdi. 1920-ci il martın 20-də, bolşevik işğalının yaxınlaşdığı şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında sülh və dostluq haqqında müqavilə bağlandı.

Digər lüğətlərdə