Vəfadar Rzayev
Vəfadar Əziz oğlu Rzayev (d. 20 sentyabr 1933, Xızı, Azərbaycan SSR, - ö. 21 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı
Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub.
Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb.
1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb.
1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub.
1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb.
1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb.
1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub.
Qeyd edək ki, mühüm dövlət işi ilə yanaşı maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.