VƏSSƏLAM

[ ər. ] Sözün qısası, məsələ bitdi, iş qurtardı, bu qədər. Bəli, sözümüz oradadır ki, pişik ilə arvadın çarəsi məhz dağarcıqdır.
Sözünə baxmadılar, – qat dağarcığa, ağzını bağla, vəssəlam! C.Məmmədquluzadə.
[Durna:] Bir atışma başlandı.
Əsəd bəyə güllə dəydi, yaralandı, vəssəlam!… C.Cabbarlı.
[Ülfət:] Nə olsun, – demişdi, – qız xoşuna gəlib, vəssəlam! Mir Cəlal.

// Eyni mənada canlı dildə bəzən vəssəlam, şüd tamam şəklində işlənir.
[Səfər bəy:] Mənim adım bəydir, vəssəlam, şüd tamam! Daha artıq danışma. B.Talıblı.

VƏSMƏLİ
VƏSVAS

Digər lüğətlərdə