Karl van Vexten
Karl van Vexten (tam adı Carl Van Vechten; 17 iyun 1880 – 21 dekabr 1964) — Amerikan yazıçısı və fotoqrafı. O, Harlem İntibahının nümayəndəsi Qeytruda Staynın ədəbi icraçısı olmuşdur.
== Həyatı və karyerası ==
Ayova ştatının Sidar Rapids şəhərində anadan olan Vexten Çarles və Ada van Vexten ailəsinin ən gənc üzvü idi. O. 1898-ci ildə Vaşinqton Ali Məktəbini, daha sonra 1903-cü ildə isə Çikaqo Universitetini bitirmişdir. 1906-cı ildə Nyu-york şəhərinə köçür. Nyu-York Taymz jurnalında musiqi tənqidçisinin köməkçisi vəzifəsində işə qəbul olur. 1907-ci ildə operaya olan marağı onu Avropaya səyahət etməyə vadar edir.
İlk uğursuz nikahından sonra 1914-cü ildə aktrisa Fane Marinoff ilə evləndi. Karl van Vexten ömrünün sonuna kimi bu xanımla birlikdə olsa da, ölümündən sonra onun 25 il homoseksuallığını ifadə edən şəxsi fotoları tapılmışdır.
1913-cü ildə Parisdə Qeytruda Stayn ilə görüşdü.