İl və Vilen
İl və Vilen (fr. Ille-et-Vilaine, bret. Il-ha-Gwilen) — Fransa qərbində, Bretan regionun departamentlərindən biri. Sıra nömrəsi — 35. İnzibati mərkəzi — Ren. Əhalisi — 1,015,470 nəfər (departamentlər arasında 23-cü yer, 2010-cu ilin məlumatları).
Ərazisi — 6,775 km² əhatə edir. Departamentin ərazisində Ill, Vilen, Rans, Küenon çayları axır.
Departamentə 4 rayon (Ren, Fujer, Redon, Sen-Malo), 53 kanton və 352 kommuna daxildir.
İl və Vilen — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.