VƏLİAĞA

bax: Vəli və Ağa.
VƏLİ
VƏLİBABA
OBASTAN VİKİ
Seyid Vəliağa türbəsi
Seyid Vəliağa türbəsi — Azərbaycanın Lerik rayonunun Rvarud kəndində türbə. Seyyid Vəliağa Mirqəni oğlu (1893-1973) XX əsrdə yaşamışdır. Böyuk kəramət sahibi olmuşdur. Rvarudda və ətraf kəndlərdə kəramətli Seyyid kimi tanınıb, hörmət qazanmışdır. Qəbri zaman keçdikcə ziyarətgaha çevrilib. Oğlu Seyyid Əbülağa tərəfindən abidə inşa edilmişdir. 2013-cü ildə yenidənqurma işləri aparılmış, abidəyə yeni görkəm verilmişdir. Qeyd olunan ziyarətgahlarda təkcə yaxın ərazilərdən deyil, paytaxtdan, ətraf rayonlardan və xaricdən gələn ziyarətçilərlə rastlaşmaq olar. Seyyid Vəliağa (1901-1973) ibn Mir Qəni ibn Fətulla ibn Əsədulla ibn Məmmədəli ibn Seyidi ibn ...... Seyid Cahangir ibn Mir Şükürülla ibn Seyid İsmayıl ibn Seyid Suleyman (Meşkin-Fəxrəbad kəndi)Səfəvi seyidləri-Musayı Kazım nəsli.
Vəliağalı
Vəliağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 8 km şimal-şərqdə, Göyçə gölünün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Vəliağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Dzorageğ (Dərəkənd) qoyulmuşdur. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsi ilə bağlı 1828-1829-cu illərdə Türkiyədən köçürürlən ermənilər burada yerləşdirilib. Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 41 azərbaycanlı yaşamışdır.