Aşirabad

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aşirabad

Aşirabadİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonu ərazisində kənd.[1]

Tarixi

Ərzini kəndinin yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Nairi rayonu təşkil edilənədək (15 mart 1972) kənd Əştərək rayonunun tərkibində olmuşdur.

Toponim tayfa mənasında işlənən əşirət sözü ilə (əşirət sözündəki -ət şəkilçisi ixtisar edilmişdir) «şəhər, kənd, yaşayış yeri» mənasında işlənən abad sözündən[3] əmələ gəlmişdir.

Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.

Əhalisi

Kənddə 1873-cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 180 nəfər, 1914-cü ildə 281 nəfər, 1916-cı ildə 277 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].

Burada 1918-ci ilə kimi yalnız azərbaycanlılar yaşasa da, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə kənddə 1918-ci ilə kimi azərbaycanlı və ermənilərin yaşadığı göstərilir[5]. Halbuki Aşirabad kəndində azərbaycanlılarla ermənilər qarışıq şəkildə 1922-ci ildən yaşamağa başlamışlar[6].

1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci ildə kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır[7].

1926-30-cu illərdə azərbaycanlılar zorla köçürülmüşdür. Kənd 1950-ci ildə ləğv edilmişdir. İndi ölü kənddir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.24
  3. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.36
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 106-107
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.290
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. 107
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.107