Lovayın su anbarı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Lovayın su anbarı
Ölkə  Azərbaycan
YerləşməsiAzərbaycan Azərbaycan
Astara rayonu
Uzunluğu2,9 m
Eni2,2 m
Sahəsi1,25 m²
Həcmi0,0063 m³
Lovayın su anbarı (Azərbaycan)


Ləvain (Lovain) su anbarıAzərbaycanın Astara rayonunun ərazisində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilmişdir. Su anbarı 3 mənbədən qidalanır: Ləvain, Sixaru və Digədi çayları. Bu çaylardan su götürülərək 5 km-lik kanal vasitəsilə su anbarına verilir[1].

Azərbaycan Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə 2008-ci ildə Ləvain su anbarının təmir olunmasına başlandı[2]. Təmir işlərinin layihəsi Azdövsutəslayihə institutu tərəfindən hazırlanmışdır.

Su anbarının əsas texniki göstəriciləri: Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 2200m və su anbarının ümumi həcmi 6.3mln.m³-dur. Suvarma sahəsi 1700ha-dır.

İstinadlar

  1. "Su anbarları". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-13.
  2. ""Melioratorlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar", "Azərbaycan" qəzeti". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-13.