Xanbulançay su anbarı

Xanbulançay su anbarı
Ölkə  Azərbaycan
YerləşməsiAzərbaycan Azərbaycan,
Lənkəran
Uzunluğu4.755 m
Eni2.260 m
Sahəsi3.742.253 m²
Həcmi52 mln m³
Orta dərinliyi18 m m
Tökülən çaylarBəşəriçay
Axan çaylarQamışevka
Xanbulançay su anbarı (Azərbaycan)


Xanbulançay su anbarıAzərbaycan Respublikasın Lənkəran rayonunda su anbarı. Çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə tikilmişdir[1]. 1976-cı ildə istismara verilmişdir[1].

Ümumi su tutumu 52 mln m³-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə Azərbaycanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m³/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m³/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.

Şah Təhmasibin saray katibi Qasım bəy Həyati Təbrizinin 1554-cü ilə aid "Tarix" əsərindən ərazidə daha öncə də, Şeyx Heydər dövründə Xanbəyli adlı su anbarının olduğu məlum olur.[2]

  1. 1 2 "“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli, 3660 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  2. Ghereghlou, Kioumars. "Chronicling a Dynasty on the Make: New Light on the Early Ṣafavids in Ḥayātī Tabrīzī's Tārīkh (961/1554)". Journal of the American Oriental Society,: 824. 2022-11-19 tarixində orijinalından arxivləşdirilib. (#invalid_param_val)