Coğazçay — Ağstafaçayın sol qoludur. Qazax rayonundan axır.
Coqasçay | |
---|---|
azərb. Coğasçay | |
Ölkələr | |
Rayon | |
Mənbəyi | Ermənistan |
• Yüksəkliyi | 2000 m |
Mənsəbi | Ağstafaçay çayı |
Uzunluğu | 60 km |
Su sərfi | 0,90 m³/san |
Su sistemi | Ağstafaçay/Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 520 km² |
Uzunluğu 60 km, hövzəsinin sahəsi 520 km²-dir. Mənbəyi Ermənistan ərazisindən (2000 m) başlayır. Axımı əsasən yağış (48%), yeraltı (36%), qismən də qar (10%) sularından əmələ gəlir. Yaz-yay.aylarında yağış suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 50-65%-i axıdılır.
Çayın orta illik su sərfi 0,90 kub m/san-dir. Bunun 48%-i yaz, 32%-i yay, 12%-i payız, 8%-i isə qışda keçir. İntensiv suvarma dövründə illik axımının 14-15%-i axıdılır, Orta illik asılı gətirmələr sərfi 0,18 kq/san, suyunun lillənməsi isə 200 q/kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşmaya (300-500 mq/l) malikdir.