Qaragöl (Laçın)

Qaragöl — Azərbaycan Respublikasının Laçın rayonu ərazisində yerləşir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.

Qaragöl
Qaragöl gölü 2023-cü ildə
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2657.5 m
Tökülən çaylar Ağoğlançay, Həkəri
Yerləşməsi
39°35′52″ şm. e. 46°13′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayonlar
Qaragöl xəritədə
Qaragöl
Qaragöl
Qaragöl xəritədə
Qaragöl
Qaragöl

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər.

Gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.

Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır.