Muğanlı (Qəmərli)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
kənd
Muğanlı
Ovtaşen
40°01′28″ şm. e. 44°27′00″ ş. u.
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi 4,08 km²
Mərkəzin hündürlüyü 827 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.250 nəfər (2011)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Muğanlı xəritədə
Muğanlı
Muğanlı

MuğanlıQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd.

Tarixi

Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir[1]. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir[2]. Rayon mərkəzindən 15 km məsafədə yerləşir.

Toponim türk mənşəli muğanlı etnonimi[3] əsasında əmələ gəlmişdir.

Etnotoponimdir. Sadə quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.

Əhalisi

1828-ci ildən sonra kəndə İrandan köçürülən 52 erməni yerləşdirilmişdir[4]. Onlar 1831-ci ildən sonra kənddən köçüb getmişlər. Kənddə 1831-ci ildə 243 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 392 nəfər, 1908-ci ildə 513 nəfər, 1914-cü ildə 811 nəfər, 1919-cu ildə 350 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1919-cu illərdə azərbaycanlılar soyqırımına məruz qalaraq qırğınlarla deportasiya olunmuş[6] və xaricdən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Azərbaycanlılar öz doğma kəndlərinə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra dönə bilmişdir. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 64 nəfər, 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır[5]. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

Əhali qırğınları

  • Muğanlı1918-ci il. 900 nəfər yaşamışdır. Daşnakların genosid siyasətinə qurban getmiş yüzlərlə kənddən biri. Əhaliyə divan tutularaq məhv etmişlər. 1922-ci ildə kəndə 28 nəfər qayıtmş və dogma yürdun ermənilərin əlində oldugunun şahidi olmuşlar.[7]

Ədəbiyyat

  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002.
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.

İstinadlar

  1. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.128
  2. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547
  3. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535-537
  4. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547-550
  5. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129
  6. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.222
  7. Eldar İsmayıl, "Zavallı ermənilər, yoxsa zalım ermənilər...", Bakı, 2014.