Pirsaat su anbarı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Pirsaat su anbarıAzərbaycan Respublikasının Hacıqabul rayonunda Pirsaat çayı üzərində yerləşən hidroqurğu.[1]

Anbar 1964-cü ildə istifadəyə verilmişdir. 2003-2010-cu illərdə yenidən qurulmuşdur.[1]

Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir.[1]

Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur.[1]

Hacıqabul rayonunun PirsaatNavahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir.[1]

İlk dəfə 2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olmuşdur. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranmışdır.[1]

2016[2] və 2022-ci ilin iyulunda neçə ildən sonra ilk dəfə su anbarı dolub.[3]

Su anbarı mütəmadi olaraq quruyub, dolur.[4][5]

  1. 1 2 3 4 5 6 SOS! Pirsaat su anbarı quruyub Arxivləşdirilib 2014-09-15 at the Wayback Machine. lent.az 13.09.2014.  (az.)
  2. "Hacıqabulun 7,4 min hektar əkin sahəsi Pirsaat su anbarı hesabına suvarılır". 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  3. "Dörd ildən sonra ilk dəfə Pirsaat su anbarı dolub". 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  4. "Azadlıq Radiosunun 21 aprel 2023 tarixli canlı yayımı". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  5. "Pirsaat anbarı 5 ildən sonra ilk dəfə su ilə dolub". 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]