Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — Milli Məclisin deputatı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri (2022–2024)
Şahin Seyidzadə | |
---|---|
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri | |
3 mart 2022 – 23 sentyabr 2024 | |
Əvvəlki | Əsgər Ələkbərov |
Şəxsi məlumatlar | |
Doğum adı | Şahin Kamil oğlu Seyidzadə |
Doğum tarixi | 15 aprel 1978 (46 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
seyidzade.az |
Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakıda anadan olub.
Ailəlidir, iki övladı var. İngilis və Rus dillərində sərbəst danışa bilir.
1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib.
2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb.
2007-ci ildə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb.
2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb.
Bir neçə biznes sahələrində rəhbər vəzifələrində çalışıb.
2015–2020-ci illər — Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəri olub.
9 fevral 2020-ci il – 3 mart 2022-ci il — 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil, Gənclər və idman komitələrinin, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü olub.
3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.[1][2]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.
28 yanvar 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir.