Şahzadə Bəyazid (I Əhmədin oğlu)

Şahzadə Bəyazid (12 dekabr 1612, İstanbul, Osmanlı imperiyası8 avqust 1635, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu.[1][2]

Şahzadə Bəyazid
Şəxsi məlumatlar
Doğum tarixi 12 dekabr 1612(1612-12-12)
Doğum yeri
Vəfat tarixi 8 avqust 1635(1635-08-08) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası I Əhməd
Anası Mahfiruzə Xədicə Sultan
Ailəsi Osmanlı xanədanı

Şahzadə Bəyazid 1612-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahfiruz Xədicə Sultandır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Mehmed, Murad, Süleyman, Qasımİbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından doğma qardaşı II Osman taxta çıxmış, anasi Validə Mahfiruz Xədicə Sultan Topqapı sarayına geri qayıtmışdır. Qardaşının qısa səltənətində nisbətən rahat həyat sürsə də, anasının 1620-ci ildə vəfat etməsinin ardından sarayda vəzifəli olan xalası Şahincan Xatunun nəzarətində böyüdüldü.[3]

Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra ögey qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Ögey anası Validə Mahpeykər Kösəm Sultanın isə taxt naibəsi olduğu bu illərdə nisbətən qapalı həyat yaşayan Şahzadə Bəyazid, xalası Şahincan Xatunun saraydan uzaqlaşdırılmasının ardından müdafiəsiz qaldı. Özündən bir neçə ay böyük olan ögey qardaşı Sultan Muradın çıxdığı İrəvan səfəri əsnasında sarayda qalan Şahzadə Bəyazid qalanın fəthindən sonra göndərilən fərmanla qardaşı Şahzadə Süleymanla birlikdə 8 avqust 1635-ci ildə gizlicə edam olundu. Sədarət naibi Bayram Paşabostancıbaşı tərəfindən həyata keçirilən bu edam şəhərdə davam edən şənliklər əsnasında baş tutdu. Saraydan gizlicə çıxarılan cənazələri ataları Sultan Əhmədin türbəsinə dəfn olundu.

Məşhur fransız ədəbiyyatçısı və şairi Jan Rasin Şahzadə Bəyazidin xatirəsinə 1672-ci ildə "Bajezed" adlı tragediyanı yazmışdır.

  1. Sicill-i Osmani I, səh. 55
  2. Öldürülen Osmanlı Şehzadeleri ve Devrilen Padişahlar. "Öldürülen Osmanlı Şehzadeleri ve Devrilen Padişahlar". Erişim tarihi: MART 9, 2013 AT 4:41 PM.
  3. Tahta çıkamayan Osmanlı şehzadelerinin akıbeti. "Tahta çıkamayan Osmanlı şehzadelerinin akıbeti"