Al bayraq — leqal bolşevik qəzeti, Hümmət Partiyasının orqanı.
Al bayraq | |
---|---|
Təsisçi |
Əhməd bəy Pepinov Əliheydər Qarayev |
Siyasi mənsubiyyət | Hümmət Partiyası |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 1920 |
İlk və yeganə nömrəsi 1920-ci il martın 31-də Bakıda Azərbaycan dilində çıxmışdır. Redaktoru Əliheydər Qarayev idi. Əliheydər Qarayevdən əvvəl "Al bayraq" Əhməd Cövdət Pepinovun müdirliyi ilə həftədə iki dəfə nəşr olunmuş, 1919-cu ildə Tiflisdə nəşri dayandırılıb, Bakıya köçürülmüşdür.
Qəzet Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin işğalçılıq siyasətinə qarşı çıxır, bolşevizmə xidmət edərək, kütlələri sosialist inqilabı uğrunda mübarizəyə çağırırdı. "Al bayraq" qəzeti dövlətə qarşı çıxış etdiyi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən bağlanmışdır.[1]