Nazim Qabil oğlu Quliyev (7 fevral 1967, Örənqala, Jdanov rayonu – 9 yanvar 1992, Kovşad[d], Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Nazim Quliyev | |
---|---|
Quliyev Nazim Qabil oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 fevral 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 9 yanvar 1992 (24 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
Rütbəsi | starşina[d] |
Döyüşlər | |
Təltifləri |
Nazim Quliyev 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır.
1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində rəşadətlə vuruşmuşdur. 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin Nazim bu döyüşdə 24 yaşında həlak olur.Füzuli rayonunun Yağlıvənd kəndində dəfn edilmişdir.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Füzuli rayonunun Yağlıvənd kəndində dəfn edilmişdir. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra məzarı aşkara çıxarılmışdır[1].
Yağlıvənd və Örənqala məktəbləri onun adını daşıyır.