Bu səhifədə Yaponiya muzeylərinin siyahısı verilmişdir. 2018-ci ilin oktyabrına olan statistikaya əsasən Yaponiyada 5738 muzey fəaliyyət göstərir.
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Osamu Dazai Memorial Muzeyi
|
|
Qoşoqavara
|
17 aprel 1998
|
ədəbiyyat
|
Yaponiya yazıçısı Osamu Dazainin həyat və yaradıcılığına həsr olunmuşdur. Muzey yazıçının doğulduğu, 1907-ci ildə tikilmiş, Şoyokan kimi tanınan malikanədə yerləşir. Muzeydə Dazainin yazı alətləri və kağızları, kitabları, məktubları, romanlarının ilkin nəşrləri, sevimli plaşı və digər xatirə əşyaları sərgilənir.[1]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Ayçi Prefektura Kanalizasiya Elmi Muzeyi
|
|
İnazava
|
15 aprel 2000
|
elm
|
Muzey insanları kanalizasiya sistemləri barədə məlumatlandırmaq məqsədilə açılmışdır. 2017-ci ildəki sponsorluq razılaşmasına əsasən muzeyin rəsmi adı Metawater Ayçi Kanalizasiya Elmi Muzeyidir.[2] Burada kanalizasiya sisteminin iş prinsipini göstərən bölmələr yerləşir.[3]
|
Maneki-neko Muzeyi
|
|
Seto
|
16 mart 2005
|
incəsənət
|
Maneki-nekolara həsr olunmuş ən böyük muzeydir. Muzeyin əsası 2000-ci ildə Qunma prefekturasında qoyulmuşdur. Daha sonra 2004-cü ildə indiki yerinə köçürülmüşdür. Muzey kolleksiyasının böyük hissəsini minlərlə maneki-neko təşkil edir. Muzeyin kolleksiyasına tarixi maneki-nekolar ilə yanaşı oyuncaq kimi istifadə olunmuş və ya məbədlərdən götürülmüş maneki-nekolar daxildir.[4]
|
Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyi
|
|
Naqoya
|
iyul 1989
|
elm
|
Muzey Naqoya şəhərinin 100 illiyi münasibətilə yaradılmışdır.[5] Muzey kanalizasiya sistemlərinin iş prinsipinə həsr olunmuşdur. Muzeydə suyun dövranı, Naqoya şəhərinin təhlükə xəritəsi, kanalizasiya borularına qulluq, kanalizasiyanın tarixi haqqında məlumatlar verilir.[6]
|
Takeşima Fentezi Muzeyi
|
|
Qamaqori
|
1983
|
qarışıq
|
İlk adı Qamaqori Fentezi Evi olmuşdur.[7] Muzey balıqqulaqları ilə bəzədilmiş tavan dekorasiyaları, LED işıqlandırmalar, güzgülər və fentezi musiqisi ilə əhatə olunmuş, sürreal fentezi dünyası yaradılmağa çalışılmışdır.[8] Muzeydə dünyanın 110 müxtəlif yerindən toplanmış 55 milyondan çox balıqqulağı nümayiş etdirilir.[9]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Beşşi Mis Mədəni Memorial Muzeyi
|
|
Niihama
|
13 iyun 1975
|
geologiya
|
Beşşi mis mədəninin tarixinə və fəaliyyətinə həsr olunmuşdur. Bu məbəd Yaponiyanın ən böyük mis mədənlərindən biri olmuşdur. Muzeydə Beşşi mis mədəninə aid əşyalar, mədənin açılmasına aid tarixi materiallar, süxurlar, mədənçilik texnologiyası materialları, mədən həyatı və praktikaları haqqında materiallar sərgilənir.[10]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Eçizen Yengəc Muzeyi
|
|
Eçizen
|
15 iyul 2000
|
zoologiya
|
Yengəclərə həsr olunmuş yeganə Yaponiya muzeyidir.[11] Eçizen yengəci Fukui prefekturasının tanınmış yengəc çeşididir. Muzeydə yengəclərin yaşayış ekologiyasını nümayiş etdirən sərgilər yerləşir, yengəc balalarının yetişdirilməsi ilə məşğul olunur,[12] yengəclərlə bağlı incəsənət sərgiləri baş tutur.[13]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Toto Muzeyi
|
|
Kitakyuşu
|
28 avqust 2015
|
şirkət
|
Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə açılmışdır.[14] Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir.[15]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Su Muzeyi
|
|
Gifu
|
aprel 2002
|
elm
|
Muzeyin yerləşdiyi bina 1930-cu ildən 1960-cı illərə qədər Gifu şəhərinin su təchizat sistemi üçün mühərrik otağı istifadə olunmuşdur.[20] Muzeydə su təchizatının tarixi haqqında məlumat verilir, nasoslar, debimetrlər və digər su təchizatları sərgilənir.[21]
|
Oqaki Poster Muzeyi
|
|
Oqaki
|
25 oktyabr 1996
|
incəsənət
|
Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir.[22]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Miyoşi Mononoke Muzeyi
|
|
Miyoşi
|
26 aprel 2019
|
folklor
|
Yaponiyada yokaylara həsr olunmuş ilk muzeydir. Miyoşi şəhəri Edo dövrünə aid "İno Mononoke Roku" adlı yokay nağılına görə tanınır. Yokaylar haqqında məlumatlar tarixi artefaktlar və interaktiv rəqəmsal quraşdırmalar vasitəsilə çatdırılır. Ziyarətçilər interaktiv rəqəmsal yokay kitabı ilə tanış ola və xüsusi kamera ilə yokaylarla şəkil çəkdirə bilərlər.[23]
|
Okunoşima Zəhərli Qazlar Muzeyi
|
|
Takehara
|
aprel 1988
|
hərb
|
Okunoşima adası Yaponiya İmperator ordusu tərəfindən zəhərli qazlar hazırlamaq üçün məkan kimi istifadə olunduğu üçün "zəhərli qazlar adası" ləqəbi ilə tanınır. Muzeydə zəhərli qaz istehsalında istifadə olunmuş ləvazimatlar, toksik maddələrin saxlanılması üçün qablar, qaz mərmilərinin qalıqları, qaz maskaları, qoruyucu geyimlər, zəhərli qazların Çində istifadə olunması barədə əmrləri əks etdirən sənədlər sərgilənir.[24]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Çurui Nauman Fili Muzeyi
|
|
Makubetsu
|
2 avqust 1988
|
elm
|
Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə açılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır: muzeyin mərkəzindəki gümbəz gövdəni, dörd küncdə yerləşən sərgi otaqları ayaqları, giriş başı, 100 metr uzunluğunda olan "zaman yolu" adlı yol xortum və dişləri təmsil edirlər.[25]
|
Kitaiçi Venesiya İncəsənəti Muzeyi
|
|
Otaru
|
1988
|
incəsənət
|
İtaliyanın Venesiya şəhərinin incəsənətinə həsr olunmuşdur. Həm Otaru, həm Venesiya kanallarına, şüşə məhsullarına və liman ticarətinə görə tanınır. Binanın interyeri, sərgiləri, mebellər və digər əşyaları Venesiya üslubundadır. Muzeydə orta əsrlərdə yaşamış Venesiya aristokratlarının dəbdəbəli həyat şəraiti yaradılmışdır. Muzeydə Venesiya incəsənətinə aid 3000-dən çox eksponat nümayiş etdirilir.[26]
|
Otaru Musiqi Qutusu Muzeyi
|
|
Otaru
|
1967
|
incəsənət
|
Muzey musiqi qutularına həsr olunmuş ən böyük Yaponiya muzeyidir. Otaru hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" kimi tanınmışdır.[27] Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Burada dünyanın ən böyük buxar saatı yerləşir.[28]
|
Sapporo Pivə Muzeyi
|
|
Sapporo
|
1 iyul 1987
|
içki
|
Yaponiyada pivəyə həsr olunmuş yeganə muzey olmaqla yanaşı, "Sapporo Breweries" pivə şirkətinin tarixini işıqlandırır. Muzeyin yerləşdiyi bina 1890-cı ildə tikilmiş və 1905–65-ci illərdə pivə zavodu kimi istifadə olunmuşdur.[29]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Hakuşika Memorial Sake Muzeyi
|
|
Nişinomiya
|
17 fevral 1982
|
içki
|
Yaponiyada açılmış ilk, eləcə də, yeganə sake və sakura muzeyidir.[30] Nişinomiya şəhəri Edo dövründə sake sənayesinə görə məşhur olmuşdur. Burada sakenin hazırlanma prosesi nümayiş etdirilir, Amida-quruma kimi sake hazırlama alətləri sərgilənir.[31]
|
Hyoqo Prefektura İncəsənət Muzeyi
|
|
Kobe
|
6 aprel 2002
|
incəsənət
|
Qərbi Yaponiyada yerləşən ən böyük modern və müasir incəsənət muzeyidir. Muzeydə Yaponiya və xarici ölkə sənətçilərinin hazırladığı rəsm əsərləri, qravürlər və digər sənət işləri sərgilənir. Muzeyin memarı Tadao Ando olduğu üçün burada ona həsr olunmuş daimi sərgi yerləşir.[32]
|
Kobe Lempvork Şüşə Muzeyi
|
|
Kobe
|
13 iyul 2005
|
incəsənət
|
Dünyada şüşəçilik sənətinin lempvork üslubuna həsr olunmuş yeganə muzeydir. Muzeydə qədim dövrdən müasir dövrə qədərki vaxta aid 2000-dən çox lempvork iş sərgilənir.[33] Bu işlər arasında yapon dilində tonbadama kimi tanınan lempvork muncuqlar, murrini, marbllar, şüşə heykəlciklər, stəkanlar var.[34]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Kanazava Yasue Qızıl Vərəq Muzeyi
|
|
Kanazava
|
1974
|
incəsənət
|
Dünyada qızıl vərəqə həsr olunmuş azsaylı muzeylərdən biridir. Kanazava şəhəri qızıl vərəq istehsalına görə tanınır. Sənətkar Yasue Takaaki tərəfindən açılmışdır. Muzeyin kolleksiyasına qızıl işləmə alətləri, müxtəlif istehsal mərhələlərində olan qızıl vərəqlər, parçalar, keramika məhsulları, şüşə qablar, heykəllər, kalliqrafiya işləri daxildir.[35]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
İvate Sunami Memorial Muzeyi
|
|
Rikuzentakata
|
22 sentyabr 2019
|
memorial
|
2011-ci ilin martında baş vermiş Tohoku sunamisi hadisəsinə həsr olunmuşdur. Muzeydə sunaminin elmi və tarixi prespektivlərindən bəhs edir. Burada sunami nəticəsində zərər görmüş cisimlər (məsələn, maşınlar), hadisəni təsvir edən materiallar, hadisə qurbanlarının xatirələri nümayiş etdirilir.[36]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Qunma Şüşə Sənəti Muzeyi
|
|
Şibukava
|
1998
|
incəsənət
|
Modern üslubda hazırlanmış şüşə sənəti əsərlərinə həsr olunmuşdur. Fransanın Nansi bölgəsindən olan Emil Qalle və Daum qardaşları kimi şüşə sənətkarlarının əsərləri sərgilənir. Muzeydə şüşə sənəti ilə bağlı vorkşoblar keçilir və ziyarətçilər şüşədən öz əsərlərini yarada bilirlər.[40]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Böyük Şərqi Yaponiya Zəlzələsinin Dağıntıları Kesennuma Şəhər Memorial Muzeyi
|
|
Kesennuma
|
10 mart 2019
|
memorial
|
Tohoku zəlzələsi və sunamisinin səbəb olduğu dağıntılara həsr olunmuşdur. Muzey keçmiş Kesennuma Koyo liseyinin dördmərtəbəli binasının ərazisində yerləşir. Zərər görmüş lisey və ətrafındakı digər tikililərin mühafizə olunmuş dağıntıları muzeyin əsasını təşkil edir. Muzey fəlakətin səbəb olduğu dağıntıları nümayiş etdirmək məqsədini daşıyır.[41]
|
Kankaku Muzeyi
|
|
Osaki
|
4 avqust 2000
|
incəsənət
|
Duyğu üzvlərinə (görmə, eşitmə, qoxu, dadbilmə, toxunma) həsr olunmuş ilk və yeganə Yaponiya muzeyidir. "Kankaku" (感覚?) söz yapon dilindən tərcümədə "duyğu" deməkdir. Muzeyin məqsədi duyğu üzvləri vasitəsilə insanlarda xəyal gücünü və həssaslığı inkişaf etdirməkdir. Ziyarətçilər muzeydə eşitmə, iyləmə, toxunma kimi təcrübələr yaşayaraq duyğu üzvləri haqqında maariflənə bilirlər.[31]
|
Kesennuma Köpəkbalığı Muzeyi
|
|
Kesennuma
|
1997
|
zoologiya
|
Yaponiyada köpəkbalıqlarına həsr olunmuş yeganə muzeydir.[42] Kesennuma şəhəri Yaponiyada köpəkbalığı ovu və köpəkbalığı xörəkləri ilə məşhurdur.[43] Muzeydə köpəkbalıqlarının ekologiyası ilə bağlı məlumatlar verilir, köpəkbalığı modelləri nümayiş etdirilir.[44]
|
Polis Muzeyi
|
|
Tome
|
oktyabr 1987
|
polis
|
Yaponiyanın ilk polis muzeyidir. Muzey Tome polis məntəqəsinin keçmiş binasında yerləşir. Binanın tikintisinə 1887-ci ildə başlanılmış, 1889-cu ilin aprelində tamamlanmışdır.[45] Muzeydə polis uniformaları və dustaqxana sərgilənir. Muzeyə 1926-cı ildə tikilmiş yanğın gözətçi qülləsi də daxildir.[46]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Matsumoto Tərəzi Muzeyi
|
|
Matsumoto
|
avqust 1898
|
tarix
|
Yaponiya tarixində istifadə olunmuş tərəzilərə və çəki nümunələrinə həsr olunmuşdur. Muzeyin yerləşdiyi bina 1902–1986-cı illərdə Takeuçi Çəki və Tərəzi Dükkanı kimi fəaliyyət göstərmişdir.[47] Muzeydə ipəkqurdu qozalarının çəkisini ölçmək üçün hazırlanmış xüsusi tərəzilərin sərgisi yerləşir.[48]
|
Tateşina Oyuncaq Ayı Muzeyi
|
|
Tateşina
|
1995
|
oyuncaq
|
Yaponiyanın ilk, dünyanın isə ən böyük oyuncaq ayı muzeyidir.[49] Muzeydə 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyasında dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüş oyuncaq ayı saxlanılır. Muzeyin oyuncaq ayı mağazası Yaponiyadakı ən böyük oyuncaq ayı mağazasıdır.[50]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Endo Şusaku Ədəbiyyat Muzeyi
|
|
Naqasaki
|
13 may 2000
|
ədəbiyyat
|
Yaponiya romançısı Şusaku Endonun həyat və yaradıcılığına həsr olunmuşdur. Muzeydə Endonun həyat və yaradıcılığından bəhs edən 25.000-dən çox eksponat sərgilənir. Muzeyin sərgi otağında yazıçının əlyazmaları, ləvazimatları, iş masası nümayiş etdirilir.[51]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
İyoboya Muzeyi
|
|
Murakami
|
aprel 1987
|
zoologiya
|
Yaponiyada yaşayan qızılbalıqlara həsr olunmuşdur. Muzey Miomote çayının sahilində yaradılmış Qızılbalıq Parkının tərkib hissəsinə daxildir. "İyoboya" sözü Murakami şəhərinin dialektində qızılbalığı bildirmək üçün istifadə olunan sözdür. Tarixən qızılbalıqlar Murakami regionunun xalqı üçün əhəmiyyətli qida mənbəyi olmuşdur.[52]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Kasaoka Nal Yengəci Muzeyi
|
|
Kasaoka
|
mart 1990
|
zoologiya
|
Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. Muzey nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır.[53] Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır.[54]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Osaka Şəhər Kanalizasiya Elmi Muzeyi
|
|
Osaka
|
29 aprel 1995
|
elm
|
Muzey Osaka şəhərində müasir kanalizasiya sisteminin 100 illiyini qeyd etmək məqsədilə keçmiş Ebie kanalizasiya suları təmizləmə qurğusunun ərazisində açılmışdır. Burada qədim kanalizasiya sistemləri haqqında məlumatlar verilir, suyun əhəmiyyəti və kanalizasiya sisteminin elmi əsası haqqında sərgilər yerləşir.[57]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Saqa Hava Şarı Muzeyi
|
|
Saqa
|
1 oktyabr 2016
|
aviasiya
|
Saqa şəhəri Yaponiyada hava şarları ilə bağlı tədbirlərə görə tanınır. 1980-ci ildən etibarən şəhər Saqa Beynəlxalq Hava Şarı Festivalına ev sahibliyi edir. Muzeydə ava şarlarının tarixi, hava şarı yarışları haqqında informasiyalar təqdim olunur, müxtəlif formalarda olan hava şarı modelləri və Yaponiyanın ilk idarə olunan hava şarı modeli olan "Icarus-5" sərgilənir.[58]
|
Ad
|
Şəkil
|
Şəhər
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Nima Qum Muzeyi
|
|
Nima
|
3 mart 1991
|
elm
|
Quma həsr olunmuş muzeydə dünyanın ən böyük qum saatı saxlanılır. Muzey kompleksi altı şüşə piramida formasında tikilmişdir. Muzeydə qum akustikasını nümayiş etdirən sənət əsərləri kolleksiyası mövcuddur.[59]
|
Ad
|
Şəkil
|
|
Yaranma tarixi
|
Növ
|
Haqqında
|
Mequro Parazitologiya Muzeyi
|
|
Mequro
|
1953
|
elm
|
Dünyada parazitlərə və parazitologiya elminə həsr olunmuş yeganə muzeydir. Burada müxtəlif parazit növlərini göstərən xəritələr və heyvan parazitləri nümayiş etdirilir. İkinci mərtəbə insan parazitlərinə həsr olunmuşdur. Muzeyin kolleksiyasına 45.000-dən çox parazit növü daxildir.[62]
|
Minato Şəhər Tarix-Diyarşünaslıq Muzeyi
|
|
Minato
|
2 noyabr 2018
|
diyarşünaslıq
|
Minatonun tarixinə, mədəniyyətinə və təbiətinə həsr olunmuşdur. Muzey binası 1938–2002-ci illərdə İctimai Sağlamlıq İnstitutunun baş qərargahı kimi fəaliyyət göstərmişdir. Muzeydə Minatonun tarixinə həsr olunmuş (tarix öncəsi dövrdən müasir dövrə qədər) qalereyalar yerləşir. Muzeyin daimi kolleksiyasına Minatoda tapılmış artefaktlar, balıqqulağı qalıqları, balina skeleti və Comon dövrünə aid dulusçuluq məmulatları daxildir.[63]
|
Small Worlds Miniatür Muzeyi
|
|
Koto
|
oktyabr 2023
|
miniatür
|
Asiyada yerləşən ən böyük miniatür muzeyidir. Buradakı miniatürlər 1:80 miqyasında hazırlanmışdır. Muzey sərgisi 8 bölmədən ibarətdir. Kosmos mövzusunda olan bölməsi "Kosmos Mərkəzi" adlanır. Burada Kosmik şattl Stansiyası və Apollo kosmik stansiyasının detallı miniatürləri yaradılmışdır.[64]
|
Sumida Hokusay Muzeyi
|
|
Sumida
|
22 noyabr 2016
|
incəsənət
|
Sumidada yaşamış ukiyo-e sənətçisi Hokusaya həsr olunmuşdur. "Kanaqavada böyük dalğa" əsərinin nüsxəsi də daxil olmaqla Hokusayın bir çox əsərinin nüsxəsi sərgilənir. Sərginin mərkəzindəki hissədə Hokusayın evinin replikası yaradılmışdır. Üçüncü mərtəbədə Hokusay ilə yanaşı digər ukiyo-e sənətçilərinin əsərləri sərgilənir.[65]
|
Şova Retro Qablaşdırma Muzeyi
|
|
Ome
|
23 oktyabr 2023
|
tarix
|
Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir. Muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, Qodzilla və Ultramen kimi personajların kaycu fiqurları daxildir.[66]
|
Tokio "Göyqurşağı" Kanalizasiya Muzeyi
|
|
Koto
|
1997
|
elm
|
Muzey Ariake Su Təmizləmə Mərkəzində açılmışdır. Tokio Metropolitan Hökumətinin Kanalizasiya Bürosu tərəfindən nəzarət olunan muzey kanalizasiya sistemi haqqında məlumat verir. Burada kanalizasiya borularının, nasos stansiyalarının, su təmizləmə mərkəzinin reproduksiyaları nümayiş etdirilir.[67]
|
Tokio Reklam Muzeyi
|
|
Minato
|
1 dekabr 2002
|
reklam
|
Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir.[68] Muzeydə Edo dövründə istifadə olunmuş reklam hiylələri, Şova dövrünün reklam posterləri, 330 min reklam materialı sərgilənir.[69] Muzeyin kitabxanası Yaponiyada reklam kommunikasiyası sahəsində ixtisaslaşmış yeganə kitabxanadır.[70]
|