XƏDƏNG

is. [ fars. ] klas. Ox (klassik şeirdə gözəlin kirpiyi oxa oxşadılır).
Cövhəri pak olur təzə cavandan; Hərgiz əl götürməz şövkətü şandan; Müjgan xədənglərin keçirir candan; Peykanının heç poladı əskilməz. M.P.Vaqif.
Xədəngin cismimi cövşən eyləmiş; Dəlik-dəlik, rövzən-rövzən eyləmiş. Q.Zakir.
Kirpiyin xədəng oxu; Çatma qaşın yay kimidir. Aşıq Əsəd.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏDƏNG xədəng bax ox 1

Etimologiya

  • XƏDƏNG Fars mənşəlidir, meşədə bitən ağacın bir növüdür, ruslar ona “белый тополь” deyirlər (“ox” mənalı xədəng sözü də var)
XƏDƏMƏ
XƏDİCƏGÜLÜ

Digər lüğətlərdə