XƏLİ

(Laçın)
bax xalı . – Bu tərəflərdə xəli yer azdı; – Yer xəli qaldı
XƏLFƏ
XƏLLABİ
OBASTAN VİKİ
Dünyamin Xəlilov
Dünyamin Zakir oğlu Xəlilov (11 dekabr 1961, Tbilisi) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Dünyamın Xəlilov 11 dekabr 1961-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirmişdir. Dünyamın Xəlilov 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, "Şelfqazavtomatika" İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer, 1991-ci ildən "İntexsentr" mərkəzində şöbə rəisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının "Damla" təşkilatında sərəncamçı menecer, direktor müavini işləmişdir. Dünyamın Xəilov 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini, 1994-cü ildən "Avant" Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən "Nurimpeks" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən "Vneşekspertservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə "General Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olmuşdur. Rus, gürcü və ingilis dillərini bilir. Evlidir, 1 övladı var == Siyasi fəaliyyəti == Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı seçilmişdir. O, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Latviya, Azərbaycan-Mərakeş, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Eldar Xəlilov
Eldar Xəlil oğlu Xəlilov (19 avqust 1976, Zəngilər, Zəngibasar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi. == Həyatı == Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur. 1983-cü ildə Zəngilər kəndində ibtidai təhsilinə başlamış, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ardınca təhsilini 96 və 252 saylı tam orta məktəblərdə davam etdirmiş, Bakıda yerləşən 10 saylı texniki-peşə məktəbini bitirmişdir. Subay idi. == Hərbi xidməti == 29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. === Mart hadisələri === 1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Eldar Xəlilov Şəhidlər xiyabanında dəfn edilmişdir. == Təltifləri == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. == İrsi == Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Milli qəhrəmanın adını daşıyır.
Elnarə Xəlilova
Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası. Dövlət Sərhəd Xidmətinin kapitanı == Həyatı == === Uşaqlıq illəri === Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib. 13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub. === Gənclik illəri === 1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb.
Elnur Xəlilov
Flora Xəlilzadə
Flora Fətulla qızı Xəlilzadə (Flora Fətulla qızı Xəlilova; 23 avqust 1955, Urud, Sisian rayonu) — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Flora Xəlilzadə 23 avqust 1953-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri" Baş Redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib.
Forma yaddaşlı xəlitələr
Forma yaddaşlı xəlitələr uyğun əməliyyatdan sonra temperaturun təsiri altında struktur çevrilmələri sayəsində öz əvvəlki formasını alır. Bu xəlitələr 8%-ə qədər uzanma deformasiyasını dəf edərək geri qayıda bilir. Temperatur aktivliyini nəzərə alaraq prosesin tezliyi 2Hs-dən böyük olmur. === Tərkibi === Forma yaddaşlı materiallarda deformasiya mexanizminin əsasında geriyə dönə bilən termosərtlikli martensit çevrilməsi durur. Austenit tərkibli materialın deformasiyası zamanı o bir haldan digərinə - martensitə çevrilir. Bu materiallarda martensit yüksək termosərtliyə malikdir. Çevrilmə temperaturundan yuxarıda qızdırma zamanı əks proses baş verir, yəni martensitdə yaranan daxili gərginliklər, materialın strukturunu əvvəlki vəziyyətinə qaytarmağa çalışır. Keçid, deformasiyaya uğrayan kristal qəfəsin yenidən düzlənməsi ilə müşayiət olunur. Material öz əvvəlki formasını alır və soyuduqda yenidən martensitə çevrilməsinə baxmayaraq bu formanı saxlayır. Qəfəslərdə bu və ya digər istiqamətdə deformasiya zamanı ayrı-ayrı fazaların dənəciklərinin sərhəd səthləri boyunca yaranan sürtünmə nəticəsində histerezis effekti meydana gəlir.
Fərhad Xəlilov
Fərhad Qurban oğlu Xəlilov (26 oktyabr 1946, Bakı) — Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan Rəssamlar İttifaqının sədri (1987-ci ildən). == Həyatı == Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil almışdır. İlk peşə təhsilini 1961–1966 illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra o, 1966–1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində və 1969–1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlamışdır. F. Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri — Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.
Fərid Xəlilov
Fəryad Xəlilov
Hacı Xəlil
Hacı Xəlil (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Hacıxəlil (Miyanə) — Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Hacıxəlil (Adıyaman) — Türkiyədə kənd. Hacıxəlil (Qars) — Türkiyədə kənd.
Hacı Xəlil (Abaran)
Hacı Xəlil — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972) Abaran rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kəndin Abaran nahiyyəsində yerləşdiyi göstərilir və həmin nahiyyədə Xəlil Məhəmməd oğlu adlı bir nəfərin adına torpaq sahəsi olmuşdur. Ehtimal ki, həmin şəxs (Xəlil) kənd saldırıb və kənd də (Hacı Xəlil kəndi) onun adı ilə adlarıdırılıb. Kəndin X əsrdə salındığı qeyd edilir. == Toponimi == 1850-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Tsaxkovit adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır və Qars əyalətində Hacı Xəlil dağının adındandır.
Hacı Xəlil Paşa
Hacı Xəlil Paşa (d. 1655 - ö. 1733) — III Əhməd səltənətində 1 il 4 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (nşr. Abdülkadir Özcan), Ankara 1995, giriş, s. XXVI, XXVII; Silâhdar, Nusretnâme, s. 341, 346, 351, 355, 363, 364, 365, 369, 371, 409-410; Şeyhî, Vekāyiu’l-fuzalâ, IV, 439, 694, 702, 704, 707, 717; Râşid, Târih, IV, 181, 269 vd., 282, 286-287, 295-296, 304, 306, 317, 354, 355, 359-361, 362-364, 372; V, 274-275; Dilâverzâde Ömer Efendi, Hadîkatü’l-vüzerâ Zeyli, Freiburg 19692, s. 24; Çelebizâde Âsım Efendi, Târîh-i Râşid Zeyli, İstanbul 1282, s. 524, 545, 581; Şehrîzâde Mehmed Said, Gül-i Zîbâ, Süleymaniye Ktp., Lala İsmâil, nr. 338/4, vr.
Hacı Xəlil xan Qəzvini
Hacı Xəlil xan Qəzvini (?-1802)—İranın Hindistanda səfiri. == Həyatı == Hacı Xəlil xan Qəzvini Qəzvin şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Ağaməhəmməd şah Qovanlı-Qacarın hakimiyyəti illərində Məlikəttüccar ləqəbi almışdı. Şərqi Hind kompaniyası ilə ticarət əlaqələri qurmuşdu. Hacı Xəlil xan Qəzvini 20 iyul 1802-ci ildə Hindistanda səfir olarkən öldürülmüşdü. == Ailəsi == Hacı Məhəmməd Xəlil xanın Məhəmməd İsmayıl xan adlı oğlu vardı. Mirzə Hüseyn xan Sipəhsaların dayısıdır. == Mənbə == Ənvər Çingizoğlu, Qəzvinilər, "Soy" dərgisi, Bakı, 2010, 34-39.
Hekayəti Molla İbrahim-Xəlil Kimyagər
Hekayəti Molla İbrahim-Xəlil kimyagər — dramaturq Mirzə Fətəli Axundovun 1850-ci ildə yazdığı ilk komediyası sayılır. Elə ilk komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, ona doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır. == Məzmun == Şəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər "peyda" olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" yığışırlar. Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək, soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır. == Personajlar == Əfradi-əhli-məcalis: Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
Hökümə Xəlilova
Hökümə Xəlilova (azərb. Hökümə Bəhrəm qızı Xəlilova‎; d. 8 mart 1960, Tovuz, Cəlilli) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Türkel" Fondunun prezidenti, jurnalist-filoloq, Qırğızıstanın “Əməkdar mədəniyyət işçisi” == Həyatı == Hökümə Xəlilova 1960-ci il mart ayının 8-də Tovuz rayonunun Cəlilli kəndində anadan olub. O, orta məktəbi 1977-ci ildə bitirdikdən sonra 1980-ci ildə Qırğızıstan Rus Dili və Ədəbiyyatı İnstitutunun Filologiya fakültəsində oxuyub. == Əmək fəaliyyəti == 1981—1992-ci illərdə kitabxanada işləyib; 2003-cü ildən Manas TV Radiosunda Dostluq Körpüsü proqramının aparıcısı və redaktoru; 2007-ci ildən Qazaxıstan Dövlət radiosu — türkcə və azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı; 2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri; 2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru; 2005-ci ildə "Türkel" qəzetinin və "Türkel Ekspress" əlavə qəzetinin redaktoru; 2007-ci ildə "Altın körpü" jurnalının redaktoru; 2017–ci ildə Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin redaktoru; 2018-ci ildən Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi; 2018-ci il iyun ayından Qırğız Dövlət TV həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi; Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü, Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü; Hökümə Xəlilova "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100 kitablarının", "Həyatın içindən-Ahıska sürgünü", "İnsan və Əmək", "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla kiçikmetrajlı filmlərin müəllifidir. == Ailəsi == Hökümə Xəlilova ailəlidir. 1 oğlu, 1 qız və 1 oğul nəvəsi var.
Hüseyn Xəlilov
Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor. == Həyatı == H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == 1966-cı il Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1966-cı il Qazaxıstan geofiziki tədqiqatlar qrupu.Texnik geoloq 1968–1969-cu illər Azərbaycan Kiçik Qafqaz geoloji tədqiqatlar ekspedisiyası. Geoloq partiya rəhbəri. 1969-cu il Azərbaycan EA Coğrafiya institutu.Elmi işçi 1982-ci il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Böyük elmi işçi 1994-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Tətbiqi geomorfologiya"qrupunun rəhbəri. 2003-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu. Aparıcı elmi işçi 2004-cü il AMEA Azərbaycan Milli Ensklopediyası Elmi mərkəzinin "Coğrafiya. geologiya, geofizika, ətraf mühit və ekologiya" redaksiyasının müdiri.
Hüseyn Xəlilov (alim)
Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor. == Həyatı == H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == 1966-cı il Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1966-cı il Qazaxıstan geofiziki tədqiqatlar qrupu.Texnik geoloq 1968–1969-cu illər Azərbaycan Kiçik Qafqaz geoloji tədqiqatlar ekspedisiyası. Geoloq partiya rəhbəri. 1969-cu il Azərbaycan EA Coğrafiya institutu.Elmi işçi 1982-ci il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Böyük elmi işçi 1994-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Tətbiqi geomorfologiya"qrupunun rəhbəri. 2003-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu. Aparıcı elmi işçi 2004-cü il AMEA Azərbaycan Milli Ensklopediyası Elmi mərkəzinin "Coğrafiya. geologiya, geofizika, ətraf mühit və ekologiya" redaksiyasının müdiri.
Hüseyn Xəlilov (professor)
Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor. == Həyatı == H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == 1966-cı il Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1966-cı il Qazaxıstan geofiziki tədqiqatlar qrupu.Texnik geoloq 1968–1969-cu illər Azərbaycan Kiçik Qafqaz geoloji tədqiqatlar ekspedisiyası. Geoloq partiya rəhbəri. 1969-cu il Azərbaycan EA Coğrafiya institutu.Elmi işçi 1982-ci il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Böyük elmi işçi 1994-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Tətbiqi geomorfologiya"qrupunun rəhbəri. 2003-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu. Aparıcı elmi işçi 2004-cü il AMEA Azərbaycan Milli Ensklopediyası Elmi mərkəzinin "Coğrafiya. geologiya, geofizika, ətraf mühit və ekologiya" redaksiyasının müdiri.
Hüseyn Xəlilov (əsgər)
II Xəlilullah
II Xəlilullah (XIV əsr, Bakı – 1535, Bakı) — Şirvanşahlar dövlətinin qırx birinci, Şirvanşah II İbrahimin oğlu. == Fəaliyyəti == II Şeyx İbrahim (Şeyxşah) h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanı onun böyük oğlu, II Xəlilüllah da adlandırılan Sultan Xəlil idarə etməyə başladı. O, Şah İsmayılın qızı Pərixan xanımla evlənməklə, onun himayəsinə nail oldu. Münəccimbaşının təbirincə, "qardaşlarından heç biri onun əleyhinə çıxa bilmədi". O, mənbələrdə ağıllı və bacarıqlı, dəbdəbəli səfərləri, şərab və əyləncəni sevən hökmdar kimi səciyyələndirilir. Onun alim və şairlərlə ünsiyyəti sevməsi, son dərəcə səxavətli olması və bir o qədər də qəddar olması qeyd edilir. Şirvanşahın Təbriz sarayı ilə əlaqələri daha da möhkəmləndi. === Səfəvilərlə münasibətlər === Şah İsmayıl h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanşaha münasibət dəyişdi. Şah İsmayılın səfəvi taxtına çıxan gənc oğlu və varisi I Təhmasib bacısının əri olmasına baxmayaraq, Xəlilüllahdan şübhələnməyə başladı. Şah Təhmasib Xəlilüllaha etibar eləmir, Şirvanşahlar dövlətini özünə tabe etdirməyə, sülaləni aradan qaldırmağa hazırlaşırdı.
II İlyas xəlifə
II İlyas xəlifə (?-1611) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi. I Şəmsəddin xəlifənin oğlu, Bürhanəddin xəlifənin atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. 1585-ci ildə Qızılbaş ordusunun tərkibində Osmanlılara qarşı savaşda iştirak edib. Bu haqda Osmanlı dövlətinin şəşhur sənədlər məcmuəsi olan "Mühimmə"də yazı var ("Mühimmə", LXIII, 59). 1606-cı ildə Şah Abbas Qaradağda olarkən Duzal kəndində II İlyas xəlifənin qonağı olmuşdu. Şaha qoşulub Ordubada gedib, daha sonra Urmiya səfərində iştirak edib. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu.
II Şəmsəddin xəlifə
II Şəmsəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının (Qaradağın) hakimi və xəlifəsi. Bürhanəddin xəlifənin oğlu. Əhər şəhərində anadan olub. Mükəmməl savad almışdı. Övladı olmayıb. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh.
I Xəlilullah
I Xəlilullah (Bakı – 1465, Bakı) — Şirvanşahlar dövlətinin 35-ci hökmdarı, Şirvanşah I İbrahimin oğlu. == Hakimiyyəti == H.820 (1417)-ci ildə Şeyx İbrahimin ölümündən sonra onun yerinə böyük oğlu və varisi Şirvanşah I Xəlilüllah keçdi. Xəlilullah da atası kimi, xarici siyasətində Qaraqoyunlu hökmdarları ilə şiddətli mübarizə aparan Teymurilərə meyl göstərmək mövqeyində dururdu. Xəlilüllah 48 il hökmranlıq sürdükdən sonra h.869 (1465)-cu ildə ölmüşdür. === Teymuri Şahruxla münasibətlər === Gənc Xəlilullah Şirvanşah taxtına çıxan kimi Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymurun oğlu Şahruxla (1405–1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhvalını dəyişdi və köçəri əmirlərin arasına çaşqınlıq saldı. Onların çoxu Qara Yusifin düşərgəsini tərk edərək dağılışdı. Qara Yusifin oğlu Qara İsgəndər (1420–1429 və 1431–1435-ci illər) bu vaxt Ağqoyunlu tayfasının başçısı Qara Yuluq Osmanla vuruşurdu. Qara Yusifin digər oğlu Cahanşah atasının ölümündən sonra baş verən hadisələrdən xəbər tutaraq Şahruxa tabe oldu və Sultaniyyə şəhərini ona təslim etdi. Təbriz Şahruxun əmiri Əliyə Kükəltaş tərəfindən tutuldu.
I İlyas xəlifə
I İlyas xəlifə – Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biri == Haqqında == I İlyas xəlifə Sivas vilayətində anadan olmuşdu. Mükəmməl savad almışdı. 1500-ci ildə başçılıq etdiyi Toxmaqlı oymağı ilə gəlib I Şah İsmayıla qoşulmuşdu. Hələ şahlıq taxtına əyləşməmiş İsmayıl İlyas xəlifəyə bol vədlər vermişdi. I İlyas xəlifə Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biridir. I İlyas xəlifə I Şah İsmayılın vəfatından sonra I Şah Təhmasibə xidmət etmişdi və Qaradağda məskunlaşmışdı. I İlyas xəlifənin I Şəmsəddin xəlifə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008.
I Şəmsəddin xəlifə
I Şəmsəddin xəlifə (?-1603) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi. I İlyas xəlifənin oğlu. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. II İlyas xəlifə və Əhməd xəlifənin atasıdır. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.