XƏRCLİK

is. Adi gündəlik və xırda xərclər üçün verilən, ya ayrılan pul; cibxərci.
[Hacı Mehdi:] Ala, qabaqcadan da bir az sənə xərclik verim. Ə.Haqverdiyev.
[Məmmədbağır:] …Əsmərə on manat da xərclik verib getmişdi. S.Hüseyn.

// Xərcləmək üçün pul.
[Mina xala:] Elə bil sümüyün duyubmuş ki, bir gün oğlun məktəbə gedəcək, ona xərclik lazım olacaq. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏRCLİK məsariflik — çıxarlıq
  • XƏRCLİK xərclik bax pul 1

Etimologiya

  • XƏRCLİK Kökü (xərc) ərəb mənşəlidir, məxaric, ixrac, məxrəc kimi sözlərlə eyni kökə malikdir. (Bəşir Əhmədov
XƏRCLƏNMƏK
XƏRÇƏNG₁

Digər lüğətlərdə