XƏRCLƏNMƏK

məch. Sərf edilmək, xərc edilmək, işlənmək (pul haqqında). Pulların hamısı xərclənmişdir.
– …Əsil mayanın bir hissəsi də müntəzəm bir surətdə [Mahmudun] gənc və gözəl arvadının naz və qəmzəsinə xərclənirdi. B.Talıblı.
[Adil:] …Xalam mənim içməyimin fikrini yox, öz pulunun xərclənməsinin dərdini çəkirdi. B.Bayramov.

XƏRCLƏNMƏ
XƏRCLİK

Digər lüğətlərdə