XAHNƏXAHİ [ fars. ] zərf İstər-istəməz, laqeydcəsinə. Qoca it xahnəxahi çıxmışdı qapıya və xahnəxahi öz vəzifəsini ifa edirdi. C.Məmmədquluzadə. Cəmilə xanım xahnəxahi çadrasını başına örtüb evdən çıxdı. E.Sultanov. Züleyxa [Əsgərə ərə getməyə] xahnəxah razı oldu. C.Cabbarlı.