Xançoban mahalı
Xançoban mahalı — Şirvan xanlığının bölgələrindən biri. Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur.
== Tarixi ==
Müasir dövrdə İsmayıllı, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının ərazisini əhatə edən Xançobanı mahalı "qərbdə Girdimançay ilə, şərqdə Ağsu çayı ilə həmsərhəd olmuşdur" . Xançobanı mahalına Veysəlli, Mərzili, Alpout, Gorus, Dəlilər və s. adlı kənd və obalar daxil idi. Bu mahala daxil olan Mərzili obası İsmayıl bəyə (Mustafa xanın qardaşına – N.B.) məxsus olmuşdur. Onlar Qarabağdan gəlmə olduqları üçün torpaqları yox idi. Xançobanı əhalisi rəncbərlik edir və əsasən maldarlıqla məşğul olurdular. Şamaxı xanları Xançobanı mahalından olduqları üçün bu obaların əhalisinə vergi təyin etməmişdilər. Bunun əvəzində Xançobanı mahalının sakinləri Mustafa xana onun tələb etdiyi qədər qoyun verirdilər.