XEYİRSİZ

sif. Heç kəsə xeyri, yaxşılığı toxunmayan, xeyir verməyən. Xeyirsiz adam.
– Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm ki, bizim çoxumuzu bədbəxt edən karsız, vecsiz və xeyirsiz qohumlarımızdır. Ə.Vəliyev.
Hamı arsız və xeyirsiz, gücü az; Amma xəncərlə bıçaq vurmağa saz. Şəhriyar.

// Faydasız, faydası, xeyri olmayan, nəticəsiz. Xeyirsiz iş. Xeyirsiz peşə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XEYİRSİZ faydasız — səmərəsiz — sərfəsiz — hədər — əbəs — zərərli
  • XEYİRSİZ xeyirsiz bax 1. faydasız 1; 2. vecsiz

Antonimlər (əks mənalı sözlər)

  • XEYİRSİZ XEYİRSİZ – FAYDALI – Ey xeyirsiz böcək; Xallı qanadlarınla çox da öyünmə (A.Şaiq); Bəlkə məsləhətlərimdə özün üçün faydalı bir şey tapdın (S
XEYİRLİLİK
XEYİRSİZLİK

Digər lüğətlərdə