1. Keflənmək, nəşələnmək, məst olmaq.
// Keflilikdən axmaq, süzülmək (göz haqqında). Gülnaz kabab gətirdi. Süfrəyə qoyub qayıtmaq istədi.
Mübaşir Məmməd xumarlanan gözlərini onun ala gözlərinə dikdi.
Yalan sərxoşluğunda elə xumarlanmışıq; Çaylağı yol, gülü kol, qaranı ağ sanmışıq.
2. Nəşələnmək, zövqlənmək, zövq almaq, nazlanmaq.
[Yaşlı kişi:] Uzandığım krovatda xumarlanırdım.
Bu dadlı laylalardan balaca [qız] xumarlanıb şirin yuxuya getdi.
[Tahir] adəti üzrə, yorğan-döşəkdə xumarlanmadan tez qalxıb paltarını geyindi.
// Məc. mənada.
Qışın səhərində bu qarlar düzü; Günəşdən qızınıb xumarlanırdı.
Rüstəm kişi atın belinə sıçrayıb dala baxmadan günəş işığı altında xumarlanan çöllərə tərəf sürdü.
…Nazlanıb xumarlanan çay hamının üzünə gülümsəyirdi.