XUNXAR

sif. [ fars. ] Qaniçən, zalım, cəllad, qandan doymayan; yırtıcı.
Xunxar olan əfradi-bəni-növ’ünə daim; Bu vəhşiyü ğürranlarına şükr, xudaya! M.Ə.Sabir.
Sən yazırsan mənə, ay molla ki, əşar yazım; Mülkədarı, bəyi və xanları xunxar yazım? Ə.Nəzmi.

// Məc. mənada. Gözələ işarə.
Neyləmişəm o xunxara; Müttəsil baxar əğyarə; Bir dəm eyləməz nəzzarə; Məni-rüsvaya gözlərin. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XUNXAR xunxar bax zalım
XUMARLIQ
XUNXARLIQ

Digər lüğətlərdə