XƏYANƏT

is. [ ər. ]
1. Özünə olan etimaddan sui-istifadə edərək dönüklük etmə; xainlik, xaincəsinə hərəkət, etibarsızlıq.
[Sərdar Rəşid] bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdır. M.S.Ordubadi.
Aradan üç ay keçmişdi.
Bu üç ay içərisində Şükür kənddə bir çox cinayətlər və xəyanətlər şahidi olmuşdu. S.Hüseyn.
[Qartal:] Xəyanət ən böyük bir ordunu belə yıxa bilər. M.Hüseyn.

// Düşmən tərəfə keçmə, düşmənə satılma; satqınlıq.
Neçə kərə; Tarix endi zirvələrdən dərələrə; Bu hiyləgər xəyanətlər; Tariximin neçə-neçə varağını; ləkələdi, qaraladı. B.Vahabzadə.

□ Xəyanət etmək (eləmək) – xain çıxmaq, satqınlıq eləmək, satılmaq, etibarsız çıxmaq. Dostuna xəyanət etmək.
[Yusif:] Bu gün bazarda Murad rast gəlib deyir ki, çörək verib bəslədiyin şəxs sənə xəyanət edir. N.Nərimanov.

2. Namərdlik, vəfasızlıq, etibarsızlıq, dönüklük, əhdi pozma. Sevgilisinə xəyanət etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏYANƏT xəyanət bax 1. xainlik 1; 2. namərdlik
  • XƏYANƏT xainlik — namərdlik — satqınlıq
XƏYALPLOV
XƏYANƏTÇİ
OBASTAN VİKİ
Xəyanət
Xəyanət — Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır. == Məzmun == Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır.
Saxta xəyanət
Saxta xəyanət, kəşfiyyat dairələrində adətən "təxribat" və ya "podstava" — kəşfiyyat agenti tərəfindən saxta iddialar əsasında edilən xəyanət. Saxta xəyanətkarlar dezinformasiya yaya və ya köstəbəklərin ifşa edilməsində kömək ola bilər. Xəyanətin saxta olması ehtimalı adətən xəyanətkarlar haqqında məlumat verən kəşfiyyat agentliklərində narahatlıq doğurur.
Xəyanət boğazı
Xəyanət boğazı (yap. 野付水道) — Sakit okeanında yerləşən Kunaşir adasını Hokkoyda adasından ayırır. Şimaldan Kunaşir boğazı, cənubdan Cənubi Kuril boğazını birləşdirir. Uzunluğu 24 km, eni 20 km təşkil edir. Dərinliyi 20 m-dir. Sahilləri nisbətən alçaqdır. Orta dərinlik 7 m olması, üstəlik duman naviqasiya üçün təhlükəlidir. Bu səbəbdən gəmilər üçün məsləhət görülmür. Sahillərində Paltusov, Visla (Kumaşir) və Pyadzin-Saki (Hokkoyda) burunları vardır. Boğaza Rikardo, Qolovina, Sennaya çayları tökülür.
Vətənə xəyanət
Vətənə xəyanət — vətəndaşın öz ölkəsinin suverenliyinə qarşı qəsdən törətdiyi əməldən ibarət cinayət. Vətənə xəyanət edən şəxs xain kimi tanınır.Dövlətə xəyanətə xüsusilə aşağıdakılar aid edilir: müharibə zamanı düşmən tərəfinə keçmək (kollaborasionizm); dövlət sirrinin və hərbi sirrin verilməsi və açıqlanması; casusluq; hökumətin və başqalarının iradəsinə zidd olaraq düşmənlə ayrı aparılan danışıqlar.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Xəyanətə uğramış inqilab
Xəyanətə uğramış inqilab: SSRİ nədir və o, hara gedir? (rus. Преданная революция: Что такое СССР и куда он идёт?) — 1936-cı ildə Lev Trotski tərəfindən yazılmış 1930-cu illərdə SSRİ-nin vəziyyəti haqqında kitab. Bu, müəllifin ən mühüm əsərlərindən biridir. Məqalədə sovet siyasi rejimi təhlil edilir: o, "deformasiyaya uğramış fəhlə dövləti" və "bürokratik mütləqiyyət" kimi müəyyən edilir və onun gələcək inkişafını proqnozlaşdırır; Sovet Rusiyası ilə nasist Almaniyası arasında paralellər aparılır; qarşıdan gələn müharibə haqqında proqnoz verilir. Kitab stalinizmi tənqid edir. Bir çox dillərə tərcümə edilmişdir; Sovet İttifaqında ilk dəfə 1991-ci ildə nəşr edilib.

Digər lüğətlərdə

дочеса́ться прила́дка пуля́рда абза́ц борода́стый бурш комиссионе́рский никоти́нный пододви́нуться пони́зить стеклоде́льный точить нож умести́ться дорогильный cellular clacker foam-stone picrate transcendency бритый высевать доныне опричина сомкнуть срастись