YÖNDƏM

is.
1. Qayda, nizam, səliqə.
□ Yöndəmdən çıxmaq – eybəcərləşmək, çirkinləşmək, korlanmaq.
Yöndəmə düşmək – qaydaya düşmək, səliqəyə düşmək, müəyyən şəklə düşmək.
Yöndəmə düşdükdən sonra universitetə getdim. Mir Cəlal.

Yöndəmə salmaq (qoymaq) – səliqəyə, sahmana salmaq, qaydaya salmaq, müəyyən bir şəklə salmaq.
…Mən cəmi işlərimi yöndəmə qoyub, dost-aşnalar ilə vidalaşıb əyləşdim mənzildə. Ə.Haqverdiyev.

2. Görkəm, sir-sifət, xarici görünüş. Bunun yöndəminə bax. Bu nə yöndəmdir?

Sinonimlər (yaxın mənalı sözlər)

  • YÖNDƏM görkəm — sir-sifət — görünüş
  • YÖNDƏM qayda — nizam — səliqə — sahman
  • YÖNDƏM yöndəm bax görünüş

Etimologiya

  • YÖNDƏM Yön sözü mənbələrdə “üsul” anlamında işlədilib. Yöndəm isə “üsullu”, “qo­laylıq”, “səliqə” deməkdir. Yöndəmsiz sözü “səmtsiz”, “uyğun olmayan” mə­na­s
YÖN
YÖNDƏMLİ

Digər lüğətlərdə